Məşhur aktyor vəfat etdi - Türkiyədə

Türkiyənin məşhur aktyoru Nezih Tuncay 71 yaşında dünyasını dəyişib.

APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə aktyorun oğlu Semih Tuncay şəxsi facebook səhifəsində yazıb.

Aktyorun vəziyyəti iyunun 28-də pisləşdiyindən onu xəstəxanaya yerləşdirmişdilər.

Qeyd edək ki, N. Tuncay 1945-ci ildə İstanbulda anadan olub. “Yapraq tökümü”, “Deliha”, “Haqqını halal et” seriallarında, “Tikanlı yol”, “Rus gəlin”, “Patron bilməsin” və s. filmlərdə müxtəlif obrazlar yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar