Siyasi mühacirlərimiz Brüsseldə mitinq keçirəcək

Aksiyada Milli Şura namizədinin iştirakı da gözlənilir

Oktyabrın 3-də Brüsseldə azərbaycanlı mühacirlər Azərbaycandakı seçkilərlə bağlı aksiya keçirəcək. Aksiya saat 11-dən 14.00-a dək Avropa Parlamentinin binası önündə "Azad seçki", "Siyasi məhbuslara azadlıq", "Diktaturaya yox" kimi şüarlarla keçiriləcək. Aksiyada Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də iştirak edəcək. Bu barədə "Azadlıq"a Niderlad Krallığında yaşayan əməkdaşımız Fikrət Hüseynli məlumat verib.

F.Hüseynli deyib ki, aksiya ilə bağlı Brüsselin aidiyyatı qurumlarına müraciət edilib.

Xatırladaq ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin oktyabrın 3-də Brüsselə səfəri gözlənilir. O, Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak etməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar