Rusiya və Türkiyə XİN başçıları Soçidə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Soçidə keçiriləcək iclası çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşəcəyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumat yayıb.

"İyulun 1-də Soçidə QDİƏT XİNŞ-in iclası keçiriləcək. Rusiya və Türkiyə bu təşkilatın üzvləridir. Biz sədr ölkə kimi bu iclası Rusiyanın cənub paytaxtında keçirəcəyik. Orada türkiyəli həmkarımın istəyi əsasında onunla ikitərəfli görüş də planlaşdırılır. Suriya məsələsini də müzakirə edəcəyik", - deyə S.Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar