İnfantino da «oğru» çıxdı! - Adı mənimsəmədə hallanır...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «FİFA»-nın yeni seçilmiş prezidenti Canni İnfantinonun adı mənimsəmə faktı üzrə aparılan araşdırmalarda hallanmağa başlayıb.

İnfantino, Beynəlxalq futbol federasiyası vəsaitlərindən şəxsi məqsədləri üçün istifadədə şübhəli bilinib. Bu barədə bu gün Almaniyanın «Frankfurter Allgemeine Zeitung» qəzeti yazıb. Qəzet məlumatlı mənbəyə istinad edib.

Xatırladaq ki, İtaliyalı Canni İnfantino yarım ildən bir qədər az müddətdir ki, «FİFA»-ya başçılıq edir.

Maraqlıdır, Canni təşkilatın prezidenti seçilən kimi, erməni nəşrləri bir ağızdan mələşməyə başladı ki, bəs, biləsiniz, İnfantino erməni əsillidir. Görəsən, mənimsəmə qalmaqalından sonra da «mələşmə» davam edəcək, yoxsa «əzabkeş xalq öz oğlundan imtina edəcək?»

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar