İŞİD-in Atatürk Hava Limanını partladacağı barədə xəbərdarlıq edibmiş

“Türkiyənin kəşfiyyat xidməti 20 gün əvvəl aidiyyəti qurumlara İŞİD-in İstanbulda terror aktı törədəcəyi barədə məlumat göndərib”.

Bunu CNNTürk-ün Ankara təmsilçisi Hande Fırat canlı yayında deyib. Jurnalist bildirib ki, iyunun əvvəlində ölkə rəhbərliyinə və aidiyyəti orqanlara İstanbulda partlayış olacağı barədə kəşfiyyat məlumatı göndərilib. Xəbərdarlıq məlumatında terror aktının törədilməsi ehtimal olunan yerlərin siyahısı hazırlanıb. Siyahıda Atatürk Hava Limanının da adı olub.

Qeyd edək ki, Hava Limanında törədilən partlayış nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar