Avropa Birliyi 27 ölkə ilə vahid qalacaq

Avropa Birliyi liderləri Böyük Britaniyanın bloku tərk etməsindən sanra 27 üzvlə vahid qalacaqlarını vəd ediblər.

Liderlər iyunun 29-da Britaniyanın baş naziri David Cameronun iştirakı olmadan keçirilən sammitdən sonra Britaniyaya xəbərdarlıq ediblər ki, əgər çıxdıqdan sonra vahid Avropa Birliyi bazarından istifadə etmək istəsə, bu qarşılıqlı olmalı, Avropa Birliyi vətəndaşlarının da Britaniyayaya çıxışı davam etməlidir.

Almaniyanın kansleri Angela Merkel deyib ki, Avropa Birliyi liderləri blokun müqaviləsində dəyişiklik eləmək fikrində deyillər.

Merkelbildirib ki, Avropa Birliyi Böyük Britaniyanın ketməsi ilə çox çətin vəziyyətlə üzləşib, amma hesab edirlər ki, 27 ölkə bunun öhtəsindən gələcək.

Qeyd edək ki, Britaniya sakinləri iyunun 23-də keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs verib.  /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar