Rusiya Ermənistana silah göndərməyə başladı

Rusiya Ermənistana ayırdığı 200 milyon dollar kredit çərçivəsində olan silahları göndərməyə başlayıb. Bu barədə ölkənin müdafiə naziri Seyran Ohanyan bildirib.

Ermənistanın birinci kanalına müsahibəsi zamanı o bildirib ki, silahların çatdırılması üçün hazırlıq işləri aparılıb. Silahların bir hissəsi artıq çatdırılmağa başlanılıb.

Silah tədarükünün hansı səbəbdən uzadılması sualını cavablandıran nazir bildirib ki, silah almaq üçün nağd pul ödəmək başqa məsələdir, bunu dövlətlərarası kredit çərçivəsində həyata keçirmək tamam başqa. /Anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar