"Mən bunu məsuliyyətsizlik adlandırmıram" - Səhiyyə Nazirliyi

Nazirlik rəsmisi sol əvəzinə səhvən sağ ayağı kəsən həkimi müdafiə etdi.

Sağlam ayağınının  kəsilməsini anspress-ə şərh edən Səhiyyə Nazirliyinin baş mütəxəssisi və nazirliyin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırov deyib.

Nazirliyin həkim səhvi ilə bağlı yaratdığı komissiyanın sədri Valeh Kərimovun əməliyyatdan sonra “cərrahiyyə masası səhv quraşdırılmışdı” sözlərinə belə cavab verib.

Onun sözlərinə görə, insanların xüsusilə cüt orqanlarında əməliyyat aparılarkən əlavə diqqətli olmaq lazımdır: “T. Məmmədovanın əməliyyata aparılarkən hər iki ayağı sarğıda olduğu üçün həkimlərdə çaşqınlıq yaranıb. Mən demək istəmirəm ki, bu həkim doğru addım atıb. Ancaq insan faktorudur, ola bilər. Mən bunu məsuliyyətsizlik adlandırmıram. Sadəcə çaşqınlıq və səhv adlandırıram. Burada həkim səhlənkarlığı yox, həkim çaşqınlığı və səhvi var. Həkim əməliyyat otağına daxil olarkən başda əməliyyat masası olmaqla, bütün zəruri addımları diqqətə almalıdır. Görünür, burada hansısa çaşbaşlıq baş verib”.

[caption id="" align="alignnone" width="600"]Hacıqulu Bağırov - Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırov - Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi[/caption]

 

Baş cərrahın sözlərinə görə, əslində yaşlı qadının hər iki ayağı amputasiya edilməli idi. Bunun üçün həkimlər əməliyyatdan əvvəl müvafiq qərar verməli idi:

“Həmin xəstədə sol aşağı ətrafın 4-cü dərəcəli (bud arteriyasında keçirilicilik 80 faiz, dizaltı baldır nahiyəsinə isə qan işləmir), sağ aşağı ətrafın isə 3-cü dərəcəli (bud arteriyası 60%, dizaltı baldır seqmentində 80% qan işləmir) diabetik işemiyası mövcud olub. Bütün bunlar nəzərə alınaraq sağ ayağın da amputasiya edilməsi vacib idi. Ayaq 1 həftə və ya 1 aya kəsilməli idi. Həkimlər qeyd etdiyim diaqnozu qoyaraq sol aşağı ətrafın kəsilməsinə qərar veriblər. Lakin əməliyyat zamanı onlar tərəfindən çaşqınlığa yol verilib və səhv olaraq sağ ayaq amputasiya edilib".

Cərrah deyib ki, komissiya Tərlan Məmmədovanın səhhətini müntəzəm nəzarətdə saxlayıb və növbəti gün onun sol ayağının da amputasiya edilməsinə qərar verib.

Qadının səhhəti hazırda vəziyyətinə uyğun olaraq normaldır.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu məlumat yayıb. Məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar