Ruslar barışığı bayram etdilər

Türkiyənin Antalya şəhərində yaşayan ruslar iki ölkə arasında münasibətlərin bərpa olunmasını bayram ediblər. Anspress-in məlumatına görə, bayram tədbiri rus diasporasının iştirakı ilə Belekdə Alva Donna oteldə təşkil edilib.

"Rusiya-Türkiyə münasibətlərinin inkişafı müsbət zonaya keçdi. Biz ümid edirik ki, münasibətlər daha da yaxşılaşacaq", - deyə cəmiyyətin sədri İrina Balcı bildirib.

İki ölkə arsında münasibətlər gərgin olan zaman Alva Donna oteli hər zaman rus daisporasına dəstək nümayiş etdirib. Otel müxtəlif layihələrdə cəmiyyəti maliyyələşdirib.

Bayram tədbirində otelin baş əlaqələndiricisi Şevket Belen çıxış edib. O, bütün tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar