"Hava limanlarında təhlükəsizlik gücləndiriləcək" - Binəli Yıldırım

İstanbulda baş verən terror aktından sonra hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik”, deyə B.Yıldırım bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib.

Qeyd edək ki, ötən axşam Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar