Türkiyəyə çarter aviareysləri bərpa olunacaq - Rusiyadan

Rusiya KİV-nin yaydığı məlumata görə, yaxın günlərdə bu ölkədən Türkiyəyə çarter aviareyslərinin barpa olunması barədə qərar qəbul olunacaq. Bu barədə Rusiya hökumətinin sədr müavini Arkadi Dvorkoviç xəbər verib.

Dvorkoviç onu da əlavə edib ki, qərar eyni zamanda, Türkiyə istehsalı olan qida məhsullarına tətbiq edilmiş ərzaq embarqosuna da aid ediləcək.

Hökumət rəsmisinin sözlərinə görə, artıq prezident Vladimir Putinin göstərişi əsasında müvafiq sənədlərin hazırlanmasına başlanıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar