Ankara rusiyalılara təşəkkür edir!

İstambul aeroportundakı partlayışdan sonra verdikləri dəstəyə görə, Türkiyə, rusiyalılara öz təşəkkürünü bildirib! Bu barədə «TASS» agentliyinə Türkiyənin diplomatik nümayəndəliyindən bəyan ediblər.

«Dünən axşam İstambulda dəhşətli terror aktı törədilib, nəticədə onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb. Bu, təkcə Türkiyə xalqı üçün böyük ağrı deyil. Çünki bu aeroportdan dünyanın bütün ölkələrindən olan insanlar istifadə edir. Bu, böyük faciədir!» - deyə, səfirlikdə qeyd ediblər.

«Bu gün rusiyalı dostlarımız bizim ağrımızı bölüşmək üçün əllərində gül dəstəsi səfirliyə gəldilər. Başda hörmətli prezident Vladimir Putin olmaqla, Rusiya rəhbərliyi bizə başsağlığı verdi. Bu mürəkkəb gündə Türkiyə xalqını dəstəklədiyinə və bu ağrını bizimlə böldüşdüyünə görə, rusiyalılara və ölkə rəhbərliyinə təşəkkür edirik!» - deyə, bəyanatda qeyd olunur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar