BU GÜN 40 ASC-də MAXİNASİYALAR ÖRT-BASDIR OLUNUR! – İllik ümumi yığıncaqlar keçirilir

1emƏmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) diktəsi ilə bu gün eyni saatda (11:00) 40-dan çox ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilir. Bu barədə “AzPolitika”ya ümumi yığıncağı keçirilən ASC-lərin minoritar səhmdarları məlumat veriblər. Onlar bunu kobud qanun pozuntusu və saxtakarlıq cəhdi hesab edirlər.

Mülki Məcəlləyə görə səhmdarların illik ümumi yığıncağı ASC-nin ali orqanıdır. Bu yığıncaqda illik hesabat təqdim olunur və təftiş-audit yoxlamasının nəticələri açıqlanır. Səhmdarların bildirdiyinə görə, ƏMDK-nın illik yığıncaqları eyni gündə və saatda keçirməsi minoritar səhmdarların bu yığıncaqlarda iştirakını məhdudlaşdırmaq, illik hesabatı təqdim etməkdən yayınmaq, saxta protokol tərtib etmək, təftiş-audit yoxlamasının nəticəsini gizlətmək və nəticədə il ərzində yol verilmiş maxinasiyaları ört-basdır etmək məqsədinə hesablanıb.

Bunda maraqlı olanlar isə ƏMDK sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyalarında saxlayan yüksək çinli dövlət məmurlarıdır.

Daha ötraflı illik ümumi yığıncaqlar bitdikdən sonar məlumat veriləcək.

M.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar