Fransalı deputat Azərbaycanla bağlı bəyanat verdi

Dünən Fransa Milli Assambleyasının Xarici İşlər Komissiyasının növbəti iclası olub. İclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” Qətnamə Layihəsi də olub.

Modern.az xəbər verir ki, Komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan Qətnamə Layihəsi demək olar ki, yekdilliklə rədd edilib. Azərbaycanın Dostları Assossiasiyasının prezidenti deputat Jan Fransua Mansel bu barədə bəyanat verib. Bəyanatda deyilir:

“Deputat Roşbluanın “Fransa ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında” Milli Assambleyanın Xarici İşlər Komissiyasına təqdim etdiyi qətnamə layihəsinin qəbulolunmaz hesab edilərək, rədd olunması haqqında Komissiyanın qəbul etdiyi məsuliyyətli qəararı alqışlayıram. Təklif olunan Qətnamə layihəsində Azərbaycan və Fransa arasında mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin dostluq münasibətlərinə kölgə salmağa cəhd olunurdu.

Xarici işlər Komissiyası Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılması haqqında qərar qəbul etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair haqlı tələblərini obyektiv şəkildə ortaya qoymaq imkanları yaradacaq. Cənab Roşbluan komissiya üzvləri arasında özünün hazırladığı Qətnamə layihəsinə səs verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara isə heç özü də səs vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının məramına uyğun deyil.

Bu axşam qəbul olunan qərardan qazanan Fransa- Azərbaycan dostluğu oldu”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar