Atatürk Hava Limanındakı partlayışla bağlı 13 nəfər saxlanılıb

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı 13 nəfər saxlanılıb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilir.

Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar