VATİKANIN TÖRƏTDİYİ SOYQIRIMLAR VƏ... - III hissə

(Əvvəli bu yazının sonunda)

Papa iqamətgahı: müqəddəslər ocağı, yoxsa şeytanlar yuvası?

Fransız Petr Valdo (davamçıları valdes adlanırdı) katolik kilsənin nümayəndələrinin dəbdəbəli həyat tərzinə qarşı çıxanda və “İncil”ə əsasən əməlisaleh işlərin həyata keçirilməsini təbliğ edəndə, elə zənn etmişdi ki, pontifik bu işdə ona yardımçı olacaq. Lakin xeyirxah əməlin əvəzinə o, küfrdə təqsirləndirilərək 1184-cü ildə həbs edilmiş və ən ağır işgəncələrə məruz qalmışdı. Onun davamçıları olan valdeslərə hər yerdə divan tutulmuşdu. Yalnız 1211-ci ildə Strasburq şəhərində onlardan 80 nəfəri tonqalda yandırılmışdı.

Etik baxışları ilə seçilən albiqoylar (Fransanın şimalındakı şəhərdə yaşadıqları üçün onlar belə adlanırdılar) “İncil”də yazılanlara əməl edərək, ətrafdakı insanları, xüsusən də dini rəhbərləri mərhəmətli, xeyirxah, mehriban olmağa və ruhanilərə yaraşmayan dəbdəbəli həyatdan, israfçılıqdan, şərdən, böhtandan, insanlar arasında nifaq salmaqdan vaz keçməyi təbliğ edirdilər. Bu ülvi hisslərə görə papa III Aleksandr (1159-1181) 1179-cu ildə onları laməzhəb adlandırmış və kilsədən kənar elan etmişdi. Bu azmış kimi qəddar pontifik III İnnokenti (1198-1216) onlara qarşı müharibəyə başlamaq üçün, 1209-cu ildə xəyanətkarcasına qraf Raymondun vilayətində bir rahibi öldürtdürmüşdü. Bu müharibə 1209-1229-cu illər arasında getmiş və yüz minlərlə günahsız insanın qanı axıdılmışdı.

Həmin müharibə zamanı papa üsul-idarəsinin ən iyrənc hadisəsi baş vermişdi. Qraf Raymond xəyanət nəticəsində əsir alınanda katolik papa dini islahatlara can atan adamlara “İncil”i oxumağı və oradan nəsə öyrənməyi qadağan etmişdi. Təsəvvür edin, müqəddəs kitabın demək olar ki, qarantı sayılan pontifik belə bir biabırçı qərar verməli olmuşdu. Bu ona görə edilirdi ki, “İncil”də yazılan həqiqətlərlə şərəfsiz ruhani rəhbərlərinin ambisioz hərəkətləri ziddiyyət təşkil edirdi və belə bir həqiqətin öyrənilməsi papanın sindikat avtoritetinin aşağı düşməsinə gətirib çıxarırdı.

Albiqoy müharibəsindən sonra 1231-ci ildə papa III İnnokenti rəsmən, xristian dünyasını tamamilə gözdən salan inkvizisiyanı yaratmışdı. Dini baxışlara, azad fikirə, fəaliyyət göstərmək üçün müstəqil siyasətə, papa idarəçiliyində narazı olanlara, ruhanilərin azğınlaşmasına etiraz edənlərə qarşı inkvizisiya yaradılmış və onun işi Dominikan və Fransiskan ordeninə daxil olmuş rahiblərə həvalə edilmişdi. Belə bir qərar müqəddəs ata tərəfindən yox, məhz iblis xislətinə bürünmüş bir yırtıcı verə bilərdi. Məhz belə bir gedişdən sonra papa iqamətgahını müqəddəslər ocağı deyil, insanlığı məhvdə nəzərdə tutan şeytanların yuvası adlandırmaq düzgün olardı.

Papa hərtərəfli olaraq Avropada yaşayan sıravi adamların hüquqlarını tapdalamış və gülünc bir qərar ilə onların başına xərac qoymuşdu. Mənim fikrimcə, sadə dildə bunu dələduzluq adlandırmaq olar.

Papa VI Aleksandr Borjia (1492-1503) tarixə rüşvətxor, yalançı, adam zəhərləyən və cavan qızların namusuna toxunan pozğun ünsür kimi düşübdür. O, Müqəddəs Pyotr taxt-tacına yiyələndikdən sonra 47 yeni kardinal yeri təsis etmiş, rəqib kardinalları zəhərləmiş və ya boynuna şər atmaqla onların vəzifəsini başqa yepiskopa satmış, mülklərini isə müsadirə etmişdi. Qızı Lukresiya ilə yatağını bölüşmüş və Avropa hökmdarları arasında nifaq salmışdı. Avropa belə bir deyim vardı ki, “kim ki, papa ilə nahar yeyir, o, ölü hesab edilir”. Humanist Makiavelli isə deyirdi ki, papa “ömrüboyu hamını aldatmış və bu iş onda uğurlu alınmışdı”. Papa elə bir mənfur imic qazanmışdı ki, dünyasını dəyişəndə Müqəddəs Pyotr məbədinin rahibləri onu, məbəddə dəf etməkdən boyun qaçırmışdılar.

Pontifik X Lev (1513-1521) bağışlanma şəhadətnaməsi – indulgensiyalar buraxdırır (müəyyən bir məbləğə görə adamlar dualar oxumaqdan, ziyarətdən azad edilir və günahları bağışlanılırdı) və həmin şəhadətnamələr saysız-hesabsız şəkildə bütün ölkələrə yayılır.

Buna etiraz olaraq 31 oktyabr 1517-ci ildə Martin Lüter məşhur 95 tezisini ortaya qoyur və bunu camaatın müzakirəsinə verir. O, birmənalı şəkildə bildirir ki, (Müqəddəs Avqustinin təlimatlarına əsasən) günahları pontifik və ya kilsə yox, məhz Allahın özü bağışlayır. Pula görə bağışlanan günahlar dini qanunlara ziddir.

Papanın fitvası ilə Avropada gedən dini müharibələr

Lüterin başlarını küfr adlandıran X Lev 15 iyun 1520-ci il “Exsurge Domini” bullası (fərman) ilə onu katolik kilsaədən xaric edir. Lüter həmin bullanın surətini camaat qarşısında yandırmış, papanı isə kafir (Antixrist) adlandırır. Papanın fitvasına uyan V Karl Haubsburq Almaniya ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayır və yüz minlərlə mülki adamlar həmin qurbanı olurlar.

Həmin dövrdə zamanın ən tanınmış alim və humanistləri Tomas Müntser, Tsvinqli, Jan Kalvin, Erazm Rotterdamlı (sonradan o, katoliklərin tərəfinə keçmişdi), Migel Servet, Melanxton (1497-1560) və b. papanın avtoritet hakimiyyətinə qarşı çıxmışdılar. Ümumiyyətlə, pontifiklər VI Adrian (1522-1523), X Levin yaxın qohumu VII Kliment (1523-1534), III Pavel (1534-1549), III Yuli (1550-1555), IV Pavel (1555-1559) Almaniyada qanı axıdılan 100 minlərlə insanın baiskarı sayılırlar.

Avropa milyonlarla insan tələfatı ilə baş verən dini müharibələr – əsasən Çexiya və Almaniyadakı Qus (1419-1434), Fransadakı hugenotlara qarşı (1562-1598), bütün Avropanı əhatə etmiş Otuzillik (1618-1648) müharibələr pontifiklərin yürütdükləri anti-dini siyasətin nəticəsi idi. Otuzillik müharibənin geniş vüsət almasında pontifiklər V Pavel (16051621), XV Qriqori (1621-1623), VIII Urban (1623-1644) və X İnnokenti əsas rol oynamışdılar. Hətta X İnnokenti tərəflər arasında 1648-ci ildə Vestfalda sülh müqaviləsi bağlananda müharibənin davam etdirilməsini tələb etmişdi.

Pontifiki heç vaxt Allahın buyurduqlarını icra edən müqəddəs adam kimi təqdim etmək olmaz. Çünki onlar müqəddəs amallar uğrunda mübarizə aparmamış, öz kisələrini soyğunçuluq yolu ilə haram pullarla doldurmuşdular. Bunun üçün varlı adamları namərdcəsinə şərləyərək tonqallara göndərmiş, mallarını isə müsadirə etmişdilər. Belə bir şərləmələr, dəfələrlə bütöv bir xalqlara, xüsusilə də Avropa məkanında dinc həyata aludə olan müsəlmanlara qarşı yönəldilmişdir. Onun müqəddəsliyini, hətta bir çox Avropa monarxları qəbul etmirdilər.

Fransız kralı IV Filipp (1285-1314) ilə pontifik VIII Bonifatsi (1294-1303) arasında fikir ayrılığı baş verəndə, papa onu kilsədən xaric etməyə hazırlaşmışdı. Kralın katibi Gilyom Noqare Roma kübarlarının köməyi ilə saraya daxil olub, yaşlı pontifiki elə əyanlarının qarşısında döymüşdü. Kiçik müddətdən sonra isə pontifik dünyasını dəyişmişdi. Hətta Fransa məhkəməsi papanı ölümündən sonra laməzhəblikdə günhlandırmışdı.

Papa VIII Bonifatsi qatil kimi tanındığından, hətta Dante Aliqyeri (1265-1321) özünün “İlahilər komediyası”nda, onu “Cəhənnəm” adlı fəslin 19-cu mahnısında mənfi personaj kimi göstəribdir.

Leo Taksil tarixçilərin yazdığına istinad edərək qeyd edir ki, papa VIII İnnokenti (1484-1492) ölüm yatağında olarkən, şəxsi həkimi xəstəni ayağa qaldırmaq üçün üç azyaşlı oğlan uşağını öldürmüş və onların qanını papanın damarına yeritmişdi. Papa həmin cinayəti bilə-bilə uşaqların qətlə yetirilməsinə öz razılığını vermişdir. Həm də məlumdur ki, o, həmin uşaqların qanını da içmişdir. Bu vəhşiliyə nə ad vermək olar?

Amansız diktatorları dəstəkləyən pontifik

Bir fakt kimi məlumdur ki, Roma papası XII Piy (1939-1958), bəşəriyyət üçün böyük təhlükə olmuş faşist partiya rəhbərlərinin – İtaliyada Mussolini, Almaniyada isə Adolf Hitler – hakimiyyətə gəlməsində müstəsna rol oynamış və əlbəttə ki, həmin cinayət xarakterli addımı atan zaman o, hər iki diktatordan milyonlarla pul almışdır. Müharibə başa çatandan sonra gözü rüşvətdən doymayan pontifik, milyonlarla insanı amansız üsullarla öldürmüş nasist funksionerlərini, özünün tranzit xətti ilə Cənubi Amerikaya yollayaraq, onları ədalət məhkəməsindən gizlətməyə müvəffəq olmuşdu. O da məlumdur ki, Üçüncü Reyxin 500 milyardlıq qızıl ehtiyatı yoxa çıxmış və müstəqil araşdırıcıların fikrincə həmin xəzinənin izi gedib Vatikanda itir.

“The Guardian” qəzeti (Britaniya) özünün müsətəqil araşdırmasının nəticələrini dərc edib (22 yanvar 2013-cü il). Məqalədə deyilir ki, vaxtilə Benito Mussolinin verdiyi pullar hesabına Vatikan Avropada nəhəng daşınmaz əmlak imperiyası yaradıb.

Papa XI Piy (1922-1939) Rus Pravoslav kilsəsini özünə tabe etməkdən ötrü, 2 fevral 1930-cu ildə SSRİ-yə qarşı Səlib yürüşü elan etmiş və Qərb dövlətlərini fəal olmağa çağırmışdı. Sonrakı papa XII Piy SSRİ-yə qarşı daha da aqressiv mövqe tutmuş və müharibəyə başlamaq üçün hər bir ölkəyə xeyir-dua vermişdi. Bunun üçün o, hətta Hitlerlə də sıx əlaqələr qurmağa nail olmuşdu. Ümumiyyətlə papa Rus Pravoslav Kilsəsinin məhv edilməsini qarşısına bir məqsəd kimi qoymuşdu.

İkinci Dünya müharibəsindən qabaq Vatikanın sərəncamına əsasən, Polşada 135 pravoslav kilsəsi dağıdılmışdı. Ən dəhşətli təqiblər Balkanlarda – Serbiya, Xorvatiya, Bosniya və Hersoqovinada olmuşdu. XII Piyin xeyir-duası ilə İtaliya 14 aprel 1939-cu ildə Albaniyanı işğal etmiş və oradakı pravoslavlar nəinki təzyiqlərə məruz qalmış, onlar hətta katolikləşdirilmişdilər.

1952-ci ilin dekabrında Vyanada sülhün müdafiəsi ilə bağlı xalqların Ümumdünya Konqressi keçirilmiş, lakin XII Piy katoliklərin Konqressdə iştirakına xeyir-dua verməmişdi. İndi təsəvvür etmək olar, Müqəddəs Pyotrun taxt-tacında nə dərəcədə kinli və dəhşətli adam oturmuşdu.

Məlumdur ki, pontifiklər İsveç və Liflyandiyadan Rus torpaqlarına səlib yürüşləri təşkil etmişdilər. İsveç hökmdarı Birger Roma papaları IX Qriqori (1227-1241) və IV İnnokentinin (1242-1254) təhriki ilə Rusiyaya səlib yürüşünə yollanmış və iki dəfə (1240 və 1242-ci illərdə) Aleksandr Nevski tərəfindən ağır məğlubiyyətə uğramışdı. Ondan sonra isə istiqamət cənub-qərbə Qalisiyaya (indiki Ukraina) dəyişmiş və orada katolisizm bərqərar oldu.

Bu o deməkdir ki, Vatikanın bəla gətirmədiyi yer qalmayıbdır.

Tarixdə ən amansız qeyri-insani münasibətlər məhz xristian dünyasında baş vermişdi ki, məhz həmin hadisələr böyük qətliamların baş verməsinə yol açmışdır. Müsəlmanlara qarşı bir neçə əsrlik səlib yürüşləri, erkən orta əsrlərdə bütün Avropada yəhudilərin kütləvi qırılması, Rekonkista başa çatan kimi İspaniyadan milyonlarla ərəblərin və yəhudilərin öldürülməsi və qovulması, Amerika qitəsində yaşayan aborigenlərin milyonlarla məhv edilməsi və onların 80 faizindən çoxunun yer üzündən silinməsi, Avropada, xüsusən də Fransada, Almaniyada, Çexiyada, Niderlandda, Polşada dini müharibələrin baş verməsi, pravoslav və protestantların təqib eilərək öldürülməsi, milyonlarla insanın total şəkildə məhv edilməsinə göstəriş verən Franko, Mussolini, Hitler kimi amansız diktatorların siyasi arenaya gəlməsi tarixin ən qaranlıq səhifələrini təşkil edir. Bu da ki, pontifiklərin xeyir-duasi ilə baş vermişdi.

Bütün bunlar ondan xəbər verir ki, papaların yürütdükləri siyasət insanlığın məhv edilməsinə yönəlibdir. Çünki ilk növbədə ucdantutma soyqırım və torpaqların təmizlənməsi onların əsas şüarı sayılır. Müqəddəs amallara xidmət edən İslama çata bilməyən Vatikan bütün varlığı ilə müsəlmanların dinini gözdən salmağa çalışırlar. Deyəcəklər ki, müsəlmanlar da vaxtilə Avropada işğalçılıq siyasəti yürütmüşdülər. Lakin ərəbləri 8 əsrlik İberiya yarımadasında və türklərin 5 əsrlik Balkan yarımadasındakı ağalıq dövründə yerli əhali nəinki yaşadıqları dədə-baba torpaqlarından qovulmuş, hətta mədəniyyətlərini, adət-ənənələrini, dinini, dilini və mənliyini belə itirmədilər.

Ədalət naminə demək lazımdır ki, poma papalarının arasında yalnız II İohann Paveli (1978-2005) obyektiv adam hesab etmək olar. O, vicdanının səsinə hay verib 2000-ci ildə müsəlman və xristianları barışdırmaq üçün bütün Səlib yürüşlərinə görə bağışlanmasını xahiş etmişdi. Pontifik inkvizisiyaya və antisemitizmə görə də üzr istəyəndə, həmin etiraf Vatikandakı konservatorları, o cümlədən sonradan papa olacaq XVI Benedikti (2005-2013) də qane etməmişdi. Bu da “Allaha sitayiş” edən ali ruhanilər.

P.S. Qarabağla bağlı ədalətli hökm gözləmək üçün nəzərlər Nyu-York, Paris, Strasbur, Brüssel, Haaqa, London, Roma və digər şəhərlərdən çəkilərək birdəfəlik İstambula yönəlməlidir. Çünki oralarda xristianların ümumi marağı önə çəkilərək İslamla bağlı ədalət prinsipləri işləmir, öz ambisiyalarına görə haqq kobud surətdə tapdalanır, cinayət törədən siyasi liderlər nüfuzlu tədbirə dəvət olunaraq, növbəti təlimatlarla təchiz olunurlar.

Bir fakt kimi sübut olunubdur ki, Azərbaycan, Türkiyə və başqa İslam ölkələri ilə bağlı ədalətli qərar verilsə də sadəcə olaraq kağız üzərində qalır. Buna bariz nümunə BMT-nin TŞ-nın Qarabağla verilən dörd məlum qətnaməsidir ki, o bu vaxta qədər həyata keçirilməyibdir. Ermənistanın Faşist Xuntasına qarşı iyirmi belə qətnamə çıxarılsa da, hər şey kağız üzərində qalacaq və elə vaxt yetişəcək ki, necə Türkiyəni soyqırımda ittiham edirlər, eləcə də bizi murdar ermənilərin kütləvi şəkildə qırılmasında ittiham edəcəklər.

Çünki on-on beş ildən sonra tənəzzülə uğrayan Ermənistanda yarım milyona yaxın adam qalacaq, aclıqdan dabanaltı xaricə qaçanları isə bizim boynumuza qoyacaqlar ki, həmin həşaratları biz qətlə yetirmişik. Necə ki, 1915-ci ilə qədər Türkiyədən Cənubi Qafqaza, Rusiyaya, Cənubi və Qərbi Avropaya, Amerikaya milyonlarla qaçan erməni həşaratlarını, öldürülmüş qismdə türklərin boynuna qoymaq istəyirlər. Avropanın beynlərə yeritmək istədiyi soyqırım filmi çox süni alınıbdır. Ona görə ki, həmin filmin ssenaristi II Fransisk Bakı və İstanbulda baş verən həqiqətləri görmək, səslənən faktları eşitmək istəmir. Çünki özlərinin Anadoluda və Cənubi Qafqazda törətdikləri çinayətlər üzə çıxacaqdır.

Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz

**********************

VATICAN-POPE-CONSISTORY

II HİSSƏ

İspan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım II hissə

Fransada tampliyerlərə qarşı repressiyalar başlamamışdan bir gün əvvəl onlar topladıqları qiymətli xəzinəni La-Roşel limanından 18 qalera gəmisində naməlum istiqamətdə ölkədən çıxmağa müvəffəq olmuşdular.

Bu ondan xəbər verir ki, xristianlıq prinsiplərindən uzaq olan katolik papaları başqalarının qazandıqlarını reket yolu ilə ələ keçirmiş, üstəlik isə həmin adamları ən sərt üsullarla öldürmüşdülər. Buna bariz nümunə 1492-ci ildə İspaniyada Rekonkista başa çatan kimi ərəblərə və yəhudilərə qarşı törədilən soyqırım idi ki, həmin cinayətdən sonra ölkədə əsrlərboyu yaşamış iki böyük xalqın varidatı ispan inkvizisiyası ilə pontifik arasında bölüşdürülmüşdü. Bu azmış kimi ispan konkistadorları, sonradan isə portuqal, ingilis və fransızlar Amerika qitəsinə yollanaraq, orada minillərlə yaşamış on milyonlarla aborigenlərə qarşı soyqırım tətbiq etmiş və görməmişcəsinə onların maddi sərvətlərini, xüsusən də qiymətli metalları və daş-qaşları Avropaya daşımışdılar.

İspan kralları İzabella Kastiliyalı ilə Ferdinand Araqonlu martın 31-i 1492-ci ildə, tarixə Alqambra edikti kimi düşən xüsusi fərman imzalamışdılar. Həmin fərmana əsasən iyulun 31-nə kimi xristianlığı qəbul etməyən yəhudilər monarxların ərazilərini tərk etməli idilər. 1500 ildən çox İspaniya ərazisində yaşayan bütöv bir xalq doğma yurdlarından didərgin salınmışdı. Elə həmin ildə də belə bir müsibət 800 ilə yaxın İspaniyada yaşayan ərəblərin başına gəldi və üç milyon (rəsmi rəqəm) müsəlman amansızcasına qətlə yetirildi.

534720_431716160184727_1301863649_n

Portuqaliyada sığınacaq tapmış yəhudilər, 1497-ci ildə kral I Manuelin fərmanına əsasən, xristianlığı qəbul etmədikdə, ərəblərlə birlikdə oradan da qovulmuşdular. 1501-ci ildə müsəlmanlar, 1609-1614-cü illərdə isə moriskilər (xristianlaşdırılmış ərəblər) İspaniyadan birdəfəlik didərgin salınmışdılar..

Maraqlıdır ki, ərəblərin İspaniyadakı axrıncı şəhəri Qranada süqut edəndə (2 yanvar 1492-ci il) katolik krallarına həmin kompaniyada yəhudi maliyyəçiləri İsaak Abravanel və Abraham Senyor (1412-1493) böyük yardım göstərmişdilər. Yəhudilər isə bilməlidilər ki, İspaniyada onları tam məhvdən məhz türklər qurtarmışdılar.

Qranada əmirinin süqutundan sonra yəhudilərə qarşı əsl soyqırımın başlandığını eşidən Sultan II Bəyazidin əmri ilə avqust ayında, admiral Kamal Rəisi böyük donanma ilə, qaçqınların doluşduğu Kadis limanına yollanmışdı. Dəniz quldurlarından qorxan yəhudilər gəmilərə minməyə çəkinirlər. Ona görə ki, Mərakeş sahillərinə yollanan yəhudilərlə dolu olan gəmilərin tam əksəriyyəti dəniz quldurlarının əlinə keçərək, amansızcasına qətlə yetirilmişdilər. Kamal Rəis limana daxil olan kimi hamıya bəyan etmişdi ki, Sultan II Bəyazid bütün yəhudiləri öz himayəsinə götürür və türk donanması mütəmadi olaraq 150 minə yaxın ispan yəhudisini Türkiyəyə köçürmüşdü.

Buradan belə nəticə çıxarmaq olar ki, Pireney yarımadasında yəhudilərin əsl dayağı ərəblərin timsalında müsəlmanlar idi, xristianlar soyqırıma başlayanda isə yenə də onların köməyinə müsəlmanlar gəlmişdi, amma bu dəfə türklərin qismində.

İzabella Kastiliyalının və Ferdinand Araqonlunun xahişi ilə papa IV Sikst (1471-1484) 1478-ci ildə İspaniyada inkvizisiya yaradılmasına razılıq vermiş və iki ildən sonra fəaliyyətə başlamışdı. Dominikan ordeninin üzvü, öz vəhşiliyi və yırtıcılığı ilə Afrikadakı kaftarlardan (giyena) fərqlənməyən Tomas de Tokvemada 1487-ci ildə baş inkvizitor təyin olunmuşdu.

Inkviziciya-fakty-iz-istorii

İspaniyada yaradılan 17 katolik tribunalın hər birisi ildə 10 adamı tonqala göndərmiş, ümumiyyətlə isə 32 min adam inkvizisiya tərəfindən edam edilmişdi. 1498-ci ilə qədər şəxsən Torkvemadanın göstərişi ilə 2 mindən çox adam tonqalda yandırılmışdı. Lakin bu siyahıya edam edilmiş Amerika hinduları daxil deyil.

Tarixçilər qeyd edirlər ki, ümumiyyətlə inkvizisiya tərəfindən 339 min adam ən amansız şəkildə işgəncələrə məruz qalmış və onların əksəriyyəti yarımmeyit vəziyyətdə azadlığa buraxılandan sonra qısa müddət ərzində dünyalarını dəyişmişdilər.

Dini baxışlardan etnik mənsubiyyətinə keçid, yeni dövr üçün soyqırımların baş verməsinə təkan verdi və bu səbəbdən Amerikadakı aborigenlərinin kütləvi qırğınına heç bir Avropa dövləti müdaxilə edə bilmədi.

Bu ayrıseçkilik, hətta başqa dinlərə mənsub olan millətləri də qan içərisində boğdu. Buna bariz nümunə X əsrin sonundan XV əsrin ortalarına kimi xristian dünyasının türklərə və ümumilikdə müsəlmanlara qarşı total müharibələri, XV əsrin sonlarında ərəblərin, sonra isə yəhudilərin İspaniyada ispanlar, XV-XX əsrdə Amerika hindularının ispan, portuqal, ingilis, fransız, amerikanlar (XVIII əsrin 70-ci illərində müstəqillik qazanandan sonra) XVII-XIX əsrlərdə indoneziyalıların hollandlar, Qərbi Hindistan, Mozambik, Anqola, Qvineya sahil zolağında əhalinin portuqallar, XVIII-XIX əsrlərdə hindistanlıların və benqaliyalıların ingilislər, Hind-Çin yarımadasındakı yerli əhalinin fransızlar, XIX əsrdə konqoluların belçikalılar, XX əsrdə azərbaycanlıların ermənilər, yəhudilərin və rusların almanlar, yaponların, vyetnamlıların amerikanlar və s. tərəfindən qırılmasıdır ki, bu məsələdə Katolik kilsəsi təhrikçi rolunu oynamışdır.

1 aprel 1992-ci ildə ispan kralı Xuan Karlos sinaqoqa gəlmiş və 500 il əvvəl baş verən haqsızlığa görə bütün yəhudilərdən üzr istəmişdi. Halbuki rəsmi rəqəmlərə görə 500 minə (bəzi mənbələrə əsasən 1 milyon) yaxın yəhudinin bir qismi amansızcasına məhv edilmiş və digər hissəsi isə ölkədən qovulmuşdu. Lakin ərəblərin taleyi yada salınmadı.

Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları

Roma pontifiklərinin xeyir-duası ilə dördüncü qitəyə yollanan xaçpərəstlər bərəkətli, münbit torpaqda məskunlaşan, xüsusən də möhtəşəm mədəniyyət abidələri və özünəməxsus sivilizasiya yaratmış iki mindən çox dilə mənsub olan aborigenləri fiziki cəhətcə məhv etməklə, bəşəriyyət tarixində ən uzunmüddətli, miqyaslı bir soyqırım təşkil etmiş və bu ləkə əbədi olaraq, qatillərin tarixinə yazıldı.

Avropalılar Amerika qitəsinə tökülşəndə hinduları bir heyvan kimi amansızcasına məhv etməyə başlamışdılar. Onları sadəcə olaraq, “İncil”də hallanmadıqlarına görə, milli mənsubiyyətlərinə görə öldürürdülər. “Ekspress qəzeti”nin eksperti professor Andrey Qonçarov bununla bağlı bir neçə elmi əsər yazmış və birmənalı şəkildə bildirmişdi ki, Amerikada aborigenlərə qarşı əsl soyqırım baş vermişdi və bu fakt kimi bir çox alimlər tərəfindən təsdiqlənibdir.

İspan yepiskopu və tarixçisi Bartolome Las Kasasın həyəcan təbilindən sonra papa özü üçün əziyyət olsa da, 1542-ci ildə verdiyi bullasında yerli əhalini adam hesab etməyi bildirmişdi.

Amerikada aborigenlərə qarşı sözün əsl mənasında total bir soyqırım baş vermişdi. Bir çox Qərb alimləri törədilən cinayətin miqyasını azaltmaq üçün qitədə yaşamış hinduların sayını cəmisi 16 mln. göstərməyə çalışırlar. Lakin həqiqətdə başqa rəqəmlər tarixin səhifələrində əmələ gəlir. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya qədəm qoyanda, orada 75 mln. hindu yaşayırmış – 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 mln. hindu yaşayırmış və 1620-ci ildən 1900-cu ilə qədər aborigenlərin sayı 237 min nəfərə kimi düşmüşdü.

Başqa statistikaya nəzər yetirmək lazımdır: Amerikada baş verən soyqırımın miqyasını kiçiltmək üçün irqçi alimlərin verdikləri məlumatları üstün tutmağa çalışırlar. Belə alimlərdən biri Smitson institutunun əməkdaşı Ceyms Muni XIX əsrin sonlarında və XX əsrin əvvəlində apardığı qərəzli tədqiqatlar əsasında qeyd etmişdi ki, Şimali Amerika ərazisində 1,1 mln-a yaxın adam yaşayıbdır.

79

1492-ci ilə qədər yalnız Böyük göllər ərazisində 4 milyona yaxın, Missisippi çayı hövzəsində 5,25 mln. adam yaşamışdı. Dobinsin araşdırmalarına görə Meksikadan şimalda təxminən 18,5 mln. aborigen vardı, ümumilikdə isə Amerika qitəsinin 112 mln. sakin olmuşdu. Stanardın araşdırmalarına görə Amerika qitəsində 100 mln-dan 145 mln-a qədər hindu yaşamışdı və iki əsr sonra onların sayı faciəvi şəkildə 90 faiz azalmışdı. Bu soyqırımın miqyası analoqu olmayandır və Qərb dünyasını həmin bəşəri qırğına görə birbaşa məsuliyyət daşıyır.

Tədqiqatçı Stanard hesab edir ki, Amerikanın (Havay adaları daxil olmaqla) köklü əhalisi “Avroamerikan soyqırım müharibəsinin” qurbanı olubdur. O, əksər hinduların müstəmləkəçilərin gətirdikləri epidemiyalardan yaranan viranedici infeksiyalar naticəsində məhv olduqlarını təsdiqləyir. Alimin hesablamalarına görə təxminən 100 mln. adam həlak olmuş və o, bunu “Amerikan xalakostası” adlandırmışdı. Stanardın mövqeyini Kirkpatrik, Seyl, Ben Kirnan, Lenor Stiffarm, Fil Leyn və başqaları bölüşdürmüşdülər. Bu mövzu Çörçil tərəfindən mətbuatda geniş işıqlandırılmışdı.

Kolumbun qardaşı Bartolomeunun 1496-cı ildə verdiyi məlumata görə Haiti adasının yarısında təxminən 1,1 mln. adam yaşayırdı. Ümumilikdə həmin dövrdə əhalinin sayını 2,5 mln-dan çox hesab etmək olar. Las Kasas 1508-ci ildə adaya gələndə, orada ispanlarla birlikdə 60 min əhalinin olduğunu qeyd edir. 14 il müddətinə demək olar ki, 2,5 mln. öldürülmüşdü. 1570-ci ildə isə Haitidə yerli hinduların yaşadıqları cəmi iki balaca kənd qalmışdı ki, sonrakı illərdə onlar da yoxa çıxır.

Avropalıların törətdikləri kütləvi qırğın yeni kəşf edilmiş qitənin bütün ərazilərində baş vermişdi. Statistik rəqəmlər göstərir ki, Yeni Dünyanın ən sıx olan ərazisi indiki Mərkəzi Meksika idi, orada 25 mln. əhali vardı. Ernan Kortes öz qaniçənləri ilə birlikdə 1519-cu ildə Meksikada peyda olmuş və 75 il ərzində həmin ölkədə 24 mln. adam amansızcasına məhv edilmişdi. 1594-cü ildə Mərkəzi Meksikada cəmi 1,3 mln. hindu soyqırımdan yaxa qurtara bilmişdi.

İspanlar Qərbi Nikaraquaya gələndən 60 il sonra oranın 1 milyondan bir qədər çox olan əhalisi 99 faiz azalaraq, 10 min nəfərə enmişdi. 50 il ərzində Qərbi və Mərkəzi Hondurasda 95 faiz aborigen öldürülmüş, 100 il ərzində Meksika körfəzi yaxınlığındakı Kordobada 97 faiz, 1520-1626 illər arası qonşu Calapa vilayətində də 97 faiz hindu qətlə yetirilmişdi – 180 min-dən 5 minə qədər azalmışdı. Bu qətliam nəinki Meksikada və ya Mərkəzi Amerikada, o cümlədən həmin ərazilərə yaxın regionlarda da baş vermişdi.

İlk ispan konkistadorları Peruya qədəm qoymamışdan əvvəl orada 14 mln-dək aborigen yaşayırdı. XVI əsrin sonuna qədər Peruda 1 mln-a yaxın hindu qalmış və bir neçə ildən sonra həmin kütlənin yarısı da qılıncdan keçirilmişdi. 8,5 mln-dan 13,5 mln-a qədər olan And dağlarının əhalisinin 94 faizi kütləvi şəkildə qırılmışdı.

Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza belə bir iyrənc fikir söyləmişdir: “Yerli əhalinin buradakı insan ehtiyatı həddindən çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da azalmazlar”.

Lakin tarix göstərdi ki, avropalılar üçün heç bir müqəddəs amal yoxdur. Braziliyada ilkin müstəmləkə yaradılandan iyirmi il sonra 1549-cu ilə qədər epidemiyalar və plantasiyalardakı qul əməyi hinduları o dərəcədə məhv edir ki, orada azacıq olsa belə, aborigenların sağ qalmasına şübhə ilə yanaşmışdılar.

Statistik rəqəmlər göstərir ki, XVI əsrin sonuna qədər Meksika, Mərkəzi və Cənubi Amerikaya 200 min ispan köçmüşdü. Həmin müddətə qədər həmin ərazilərdə 60-dan 80 mln-a qədər aborigen məhv edilmişdi.

Nə vaxtsa çiçəklənən, inkişaf edən və əhalisi sıx olan ərazilər avropalıların gəlişindən sonra xarabazarlığa çevirilmişdi. Özlərini sivil dünyanın nümayəndələri kimi təbliğ edən avropalılar, əslində özlərini vəhşi və yırtıcı kimi göstərərək, həqiqi mənada min illiklər ərzində böyük sivilizasiya yaratmış hinduları ucdantutma, ən ağılasığmaz üsullarla soyqırıma məruz qoydular.

Avropalılar Amerikada məskunlaşandan sonra davamlı işçi qüvvəsi yaratmaq üçün Afrikadan qullar gətirərdilər. Yalnız indiki ABŞ-ın ərazisinə 1661-1774-cü illər arası 1 mln-dan çox zənci gətirilmişdi. Acınacaqlı fakt ondan ibarətdir ki, 9 mln-dan çox qul okean keçidi zamanı gəmilərdə ölmüşdü.

Maraqlıdır ki, əksər qətliamların arxasında Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklərin xeyir-duası durur. Belə bir yırtıcı siyasət kimə xidmət edir? İnsanlara həyat bəxş edən Ulu Tanrıya, yoxsa insanların dinc həyatını cəhənnəmə döndərən iblisə? Hadisələrin gedişatı ondan xəbər verir ki, pontifiklər Allahın yox, məhz iblisin qulluğunda dururlar.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz

---------------------

I HİSSƏ

Bu cinayətlərdə Avropa dövlətləri hansı rolu oynayıb?

1vat

2015 ci ildə Roma papası II Fransiskin qondarma “erməni soyqırımı”nı tanıması və bu il İrəvanda Azərbaycan xalqının qanına susamış cəllad Sərkisyanın və dünyanın 2 saylı fitnəkarı, erməni katolikosu Garigenin yanında həmin termini işlətməsi, onun nə dərəcədə tarix elmindən kasad olmasını, ən əsas isə Türkiyəyə qarşı qərəzli mövqe tutduğundan İslama ifrat düşmənçilik bəsləməsini üzə çıxardı.

Ona görə ki, kim də bilməsə, məhz pontifik bilməlidir ki, 1915-ci ildə türklər erməniləri yox, ermənilər türkləri kütləvi şəkildə qırmağa başlamışdılar. Həmin qanlı olaylar zamanı bir neçə milyona yaxın türk öldürülmüşdü. Faktlar göstərir ki, öldürülən ermənilərdən 100 mini Cənubi Qafqazdan olan əli silahlı quldurlar idilər. Bütün bunlardan Roma Papası mükəmməl surətdə halidir. Ona görə ki, birincisi həmin hadisələr barədə sənədlər Vatikanda Apostol kitabxanasının nəzdində yerləşən Məxfi Arxiv İdarəsində saxlanılır və həmin sənədlərlə nəinki kardinallar, yepiskoplar və digər ali xristian ruhaniləri, o cümlədən Avropa Parlamentinə üzv olan bir çox riyakar, vicdanını itirmiş, erməni daşnaklarından rüşvət almış, miskin deputatların da tanışlığı var. Özlərinin Birinci Dünya Müharibəsində (1914-1918) türklərin başlarına açdıqları müsibətləri ört-basdır etmək üçün, qaniçən erməniləri müdafiə etmək məcburiyyətindədirlər.

Antanta dövlətləri ermənilərin əli ilə 3 milyondan çox əhalini soyqırımı etmişdilər!

1soy

Osmanlı imperiyasının bölüşdürülməsi ingilis-rus (1915), ingilis-fransız (3 yanvar 1916), fransız-rus (26 aprel 1916) və ingilis-rus (may 1916) danışıqlarında müzakirə edilmiş və qərara alınmışdır.

Türkiyənin bölüşdürülməsi danışıqlarında Fransa tərəfindən Beyrutda Fransanın baş konsulu işləmiş Jorj Piko, İngiltərə tərəfindən – Şərq üzrə ixtisasçı Mark Sayks, Rusiyanın Xarici İşlər naziri Sazonov iştirak etmişdir.

Elə Birinci Dünya müharibəsi ərəfəsində Sovetlər Moskvada hakimiyyətə gələnə qədər Rusiya terrorçu ermənilərlə birlikdə Türkiyənin şərqində əsasən Ərzurum, Qars, Van və Bitlisdə, yunanlar İzmirdə, Aydın vilayətində, fransızlar Kilikiyada, ingilislər Urfa, Maraşa və Antepdə (sonralar bu ərazilər fransızlara verilmişdi) Mezifonda, Samsunda, Mosulda, Soriyada, avstraliyalıların iştirakı ilə Bosfor, Dardanel boğazları və Mərmərə dənizi ətrafındakı ərazilərdə, italyanlar Antalya və Konyada amansız qırğınlar törətmişdilər.

Faktlar göstərir ki, müharibə başlayanda Türkiyədə 600 min erməni qalmışdır və onlardan yarısı rus işğalçı qoşunlarına qoşulub, yerli müsəlmanlara qarşı tarixdə ən amansız qətliam törətmişdilər. İş ondadır ki, 250 min erməni Rus, 50 min isə Fransa, İngiltərə və ABŞ ordularında döyüşmüşdü. Müharibənin sonuna qədər  Antanta dövlətlərinin Osmanlı imperiyasından işqal etdikləri torpaqlarda ermənilərin əli ilə 3 mln-dan çox (1,5 mln. türk, 600 min kürd, 1 mln. azəri türkü – 0,5 mil. Zaqafqaziyada, 0,5 mln. isə Anadoluda) əhalini soyqırımı etmişdilər.

2015-ci ildə Avropa Parlamentinin Türkiyədəki 1915-ci il hadisələrini soyqırım kimi tanıması oradakı deputatların ambisioz, şovinist, ekstremist və irqçi olduqlarını bir daha ortaya qoydu. Qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən sənədin birinci bəndində göstərilir ki, ”Osmanlı İmperiyasında 1,5 mln. günahsız erməni öldürülüb”.

Avropalılar birdəfəlik bilməlidilər ki, XIX əsrin sonuna kimi yarım milyona qədər erməni Azərbaycan torpaqlarına, bir o qədər də erməni Balkan ölkələrinə, Fransaya və ABŞ-a köç etmişdilər. Hansısa bir fransız təşkilatı Türkiyədə əhalinin siyahıya alanda, 1913-1914-cü illər arasında orada 1250000 erməninin olduğunu göstərmişdilər. Bu rəqəm özü-özlüyündə gülünc sayılır. 1 mln-dan çox erməni Türkiyədən əsasən Azərbaycan torpaqlarına, bir o qədər də Balkanlara, Qərbi Avropa və Amerika qitəsinə köç edəndən sonra orada 1250000 erməninin qalması absurddur. Erməni soyqırımını bütünlüklə ifşa edən fransız yazıçı-tədqiqatçısı Jorj de Malevil “Erməni faciəsi 1915 il” əsərində yazır ki, həmin ərəfədə təxminən 600 minə yaxın erməni yaşayırmış və onlar deportasiya olunanda 200 mini yolda ölmüşdü. Belə bir itki isə deportasiya vaxtı qaçılmazdır.

Avropalı parlamentarilər əlləri müsəlmanların qanına susanmış erməni millətçilərindən rüşvət alaraq yanlış qərarlar çıxarmaqdansa, əsl həqiqətləri bəyan etmək üçün özlərində cəsarət tapsınlar. Yalançı damğası ilə sivil cəmiyyətdə hərəkət etmək çox müşkül işdir. Çünki, ifadəmə görə üzr istəyirəm, həmin damğaya görə onlar şərəfsiz, ləyaqətsiz, miskin bir ünsür kimi daim zibil parçasına çeviriləcəklər.

Sənədin üçüncü bəndinə diqqət yetirək: ”Soyqırımların, insanlığa qarşı cinayətlərin vaxtında qarşısının alınması və adekvat cəzanın verilməsi Avropa Birliyinin prioritetlərindən olmalıdır”. Avropalı deputatların meyarlarına görə söhbət olmayan soyqırımları tanımaq, olanlara isə göz yummaqdır. 23 il bundan əvvəl Xocalıda və Qarabağın digər şəhər və kəndlərində erməni yırtıcıları sözün əsl mənasında insanlığa sığmayan dəhşətli qətliamlar həyata keçirmiş və bu yalnız Azərbaycan xalqına qarşı törədilən soyqırımdan xəbər verir. Lakin ermənilərin bu vəhşiliklərinə heç bir reaksiya verilmədi və onlar qonşu dövlətin 25 faiz torpağını ələ keçirərək, orada etnik təmizləməni başa çatdırdılar. Nəyə görə Avropanın nüfuzlu təşkilatları, insan haqlarını müdafiə edən institutlar bu cinayətlərə göz yumdu? Ona görə ki, qırılan müsəlmanlar, işğal olunan topaq da müsəlman ölkəsinin ərazisi idi.

Belə bir hallar məhz səlib yürüşləri zamanı baş vermişdi. Ola bilsin Avropanın şirin vədlərinə inanan bir çox sadəlövh vətəndaşlar mənim bu fikrim ilə razılaşmasınlar. Lakin Xocalı soyqırımı ilə olan sənədli videokadrlar dünyanın hər bir ölkəsində nümayiş etdirilibdir və kimin cinayətkar olduğu bütün çılpaqlığı ilə sübut olunubdur. Bundan əlavə 1918 və 1991-1994-cü illərdəki ermənilərin azərbaycanlılara qarşı qeyri-insani üsullarla törətdikləri kütləvi qığınlar barəsində saysız hesabsız tarixi sənədlər var ki, Ermənistanın Faşist Xuntasının bütün rəhbərlərini Haaqa Hərbi Tribunalında mühakimə etsinlər. Lakin onlar türklərə qarşı qarayaxma kompaniyasına start verdilər.

Belə bir çirkin siyasi mövqe kimə lazımdır? Başda Roma papası olmaqla, avropalıların məkrli niyyəti üzə çıxmaqdadır. Onlar erməni “soyqırım” kartını ortaya atmaqla özlərinin vaxtilə törətdikləri cinayətkar əməllərini sığortalaşmağa çalışırlar. Bəzi mənbələrə görə yalnız Anadoluda 2,5 mln müsəlman öldürülmüşdü. Belə bi aqibətlə ağuşunu 80 il bundan əvvəl ermənilərə açmış 1 mln-a yaxın Qafqaz müsəlmanı üzləşdi. Yunanların Aydın vilayəti və İzmirdəki qətliamlar da yüz minlərlə ölçülür. Nəzərə almaq lazımdır ki, yunanlar Sakariya döyüşündə məğlubiyyətə uğrayanda 1 mln-dan artıq müsəlman azğınlaşmış cəlladlardan yaxa qurtarmaq üçün öz yurdlarından didərgin düşmüşdülər. Minlərlə türk yolda aclıqdan ölmüşdü. Hələ bu dəqiqləşdirilməmiş rəqəmlərdir. Halbuki belə bir amansız qırğınlar getdiyi bir zaman ermənilər rahat şəkildə İstanbulda qalıb yaşamışdılar. Ermənilərin apardıqları soyqırımla bağlı rus, fransız, ingilis və s. işğalçı ordularının generalları və zabitləri öz xatirə və memuarlarında dəfələrlə yazmışdılar.

Həmin hadisələri tarixi sənədlərdən mükəmməl öyrənən neytral bir humanist adam olsa, elə zənn edər ki, həm İslam dünyasının 1 saylı fitnəkarı sayılan Roma papasının, həm də müsəlmanlara düşmən gözü ilə baxan avropalı deputatların qulaqları kar, gözləri isə kordur. Məhz bu səbəbdən onlar əsl həqiqəti başa düşmək istəmirlər. Belə olan təqdirdə xristian klubunu özünü nümayiş etdirən Avropa Parlamentinin nümayəndələri, pontifik ilə birlikdə okulistin yanına gedib gözlərini açdırsınlar, larinqoloqda isə qulaqlarını təmizlətdirsinlər. İmkanları yoxdursa, bu sahədə xeyirxah müsəlmanlar onlara yardımçı ola bilər. Çünki sonrakı abzaslarda yazılanlar vicdanları itmiş sahiblərin yaddaşını təzələyəcək və həqiqəti biləndən sonra susmağı davam etdirsələr, onda İblisin ətəyindən əl çəkməsinlər. Çünki hamının hesabını Ulu Tanrı verəcək.

Pontifiklərin cinayəti sayılan səlib yürüşləri

1449350164_yurus

Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir. Lakin onların bir çoxlarının tarixdəki fəaliyyəti fitnə-fəsadlara yol açır və əksər hallarda qanlı münaqişə ocaqlarının yaranmasında şeytan funksiyasını yerinə yetirirdilər.

Artıq bir fakt kimi sübut olunubdur ki, pontifiklərin İslam dininə sitayiş edənləri özünün düşməni hesab edir və hər vəchlə İslamın nuruna kölgə salmaq istəyirlər. Buna bariz nümunə tarixin şərəfsiz səhifələrinə düşən 8 böyük səlib yürüşüdür ki, katolik papalarının əsas məqsədi birdəfəlik İslamı yer üzündən silmək hədəfi tutmuşdur. Əlbəttə ki, həmin dövrdə yəhudilər də pontifiklərin fitvasına tuş gələrək kütləvi şəkildə qırılmışdılar.

Papa II Urban (1088-1099) 1095-ci ildə Fransanın cənubunda yerləşən Klermon şəhərinin məbədində toplaşanlar qarşısında çıxış edərək, müsəlmanlara qarşı ilkin fitvasını vermişdi. Səbəb o idi ki, səlcuq türkləri 1071-ci ildə xristianlar üçün müqəddəs şəhər sayılan Qüdsü ələ keçirmiş və müqəddəs ocaqları təhqir edirlər. Məqsəd Qüdsün azad edilməsi idi. Demək olar ki, bütün Avropa II Urbanın fitvasına uyaraq, birinci səlib yürüşünə (1096-1099) başlayır. Gözləri qanla dolu olan xaçpərəstlər hansı ölkənin ərazisindən keçirdilərsə, yolboyu qarşılarına çıxan yəhudiləri amansızcasına qırmışdılar. On minlərlə, bəlkə də yüz minlərlə yəhudi qılıncdan keçirildi. Deməli, xaçpərəstlər öz dinindən olmayanların hamısını fiziki cəhətcə məhv edərək, həmin qətliamlara görə papadan təşəkkür mükafatı alırdılar.

Səkkiz səlib yürüşü – 1) 1096-1099, 2) 1147-1149, 3) 1189-1192, 4) 1202-1204, 5) 1217-1221, 6) 1228-1229, 7) 1248-1254, 8) 1270- milyonlarla insanın həyatına son qoymuş, Fələstin, türk torpaqlarını, elə Avropanın bəzi bölgələrini xarabazarlığa çevirmişdi. Lakin qərb alimləri bəzi faktın üzərindən yan ötməyə çalışırlar. Tarixin səhifələrinə Smirna üzərinə (1343-1348), Osmanlılara qarşı (1396) və Varna üzərinə (1443-1444) səlib yürüşləri düşübdür ki, bu da türklərin məhv edilməsinə yönəlmişdir. Deməli, müsəlmanlara qarşı səkkiz yox, on bir iri səlib yürüşü olmuşdur ki, öldürülən adamlar pontifiklərin boynunda qalır. Yaxın Şərqdə baş verən amansız döyüşlərə və oradakı insan itkilərinə baxmayaraq müsəlmanları məhv etmək üçün, Almaniyadan və Fransadan yaşı 6-dan 16-ya qədər olan on minlərlə uşaq 1212-ci ildə Qüdsə yürüş etmişdilər və bu da tarixə “Uşaq səlib yürüşü” kimi düşübdür. Onlardan yarısından çoxu elə xristianlar tərəfindən Fransa sahillərindən Əlcəzairə aparılmış və orada qul bazarında satmışdılar. Digər hissəsi isə İtaliyadan geri qaytarılmış və onların da 80 faizi aclıq və səfalətdən məhv olmuşdular. Bu faktı yada salanda vicdanı olan pontifiklərin hansı hisslər keçirdiklərini təsəvvür etmək çətin deyil. Bütöv bir nəsil dalğası papa III İnnokentinin (1198-1216) müsəlmanlara qarşı olan ifrat düşmənçiliyin qurbanı olmuşdu. Çünki uşaqların yürüşünə qədər o, dördüncü səlib yürüşünü (1202-1204) təşkil etmiş və 1204-cü ildə Konstantinopolun viran edilməsində işğalçılara etiraz etməmişdi.

Belə bir məqamda qərb alimləri deyə bilərlər ki, səlib yürüşləri yalnız müsəlmanlara qarşı olmayıbdır. Mən bunu inkar da etmirəm. 1147-ci ildə slavyanlara və 1209-1229-cu illərdə albiqoylulara qarşı, livonluların səlib yürüşü (1193-1230 fasilələrlə), 1219-cu ildə danimarkalıların Estoniyaya qarşı, 1232-1240-cı illərdə Finlyandiya ilə Rusiya və 1420-1434-cü illərdə Çexiyada qusçulara qarşı səlib yürüşləri baş vermiş və hamısında da pontifiklər müstəsna rol oynamışdılar. Bu nə çirkin idarəetmə üsuludur? Katolik papası hansı funksiyanı yerinə yetirir, siyasətçidir, yoxsa dini xadim? Papaların fitnəsi milyonlarla adamların qığınına səbəb olmuş, minlərlə şəhər və kəndlər yerlə-yeksan edilmişdi.

Bütün bu bədbəxtçilik və qətliamlar papaların boynundadır və illər ötsə də Vatikan bu biabırçı ləkəni öz alnında gəzdirməyə məhkum edilibdir.

XIV əsrin əvvəlinə qədər Fransada kifayət qədər varlanmış tampliyerlər ordeni demək olar ki, hər bir vilayətdə böyük torpaqlara malik idilər və onlar həmin imkanları nə papa V Kliment (1305-1314), nə də ki, Fransa kralı IV Filipplə (1285-1314) bölüşmək fikrində deyildilər. Şərləməkdə böyük usta olan pontifik Fransa kralı ilə birlikdə tampliyerlərin illər boyu qazandıqları varidatını ələ keçirmək üçün, onları xristianlıqdan üz döndərməkdə və şeytanla əlaqədə suçulayaraq, şər kompaniyasına başlayırlar. Fələstindən çağrılan ordenin baş maqistri Jak de Mole bütün silahdaşları ilə həbsə alınır və mülkiyyətləri ələ keçirilir. Fələstində müsəlmanlara qarşı kəskin mübarizə aparan 54 tampliyer 1310-cu ildə, 4 il sonra isə Jak de Mole ilə Joffrua de Şarne tonqalda yandırılırlar. Daim xristian dini uğrunda mübarizə aparmış tampliyerlər başlarında kağız papaqla laməzhəblər kimi edam edilmişdilər. Lakin buna baxmayaraq qarət və müsadirə barəsində düşünmüş papa V Klimentin arzusu ürəyində qalmışdı. İş ondadır ki, Fransada tampliyerlərə qarşı repressiyalar başlamamışdan bir gün əvvəl onlar topladıqları qiymətli xəzinəni La-Roşel limanından 18 qalera gəmisində naməlum istiqamətdə ölkədən çıxmağa müvəffəq olmuşdular.

Yazıçı-tədqiqatçı Ramiz Dəniz

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar