"Vətəndaşlar tikintiyə mane olmaq üçün ağac əkirlər" - Nazir

huseyn bagirov"Azərbaycanda meşə yanğınları çox az baş verir. Ölkəmizdə baş verən yanğınlar meşə yanğını deyil, yol kənarındakı bəzi yaşıllıqların yanmasıdır. Bu da Meşə fonduna, nazirliyin balansına aid deyil".

Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yol kənarlarında da mütəmadi yaşıllaşdırma işləri aparır: "Biz çalışırıq ki, yol kənarlarında yaşıllıqlar salaq. Bu yaşıllıqları yaradarkən icra hakimiyyətindən sərəncam alırıq. Sərəncamla bu, bizə təhkim olunur. Biz bunu kiminsə torpağına girməmək üçün edirik. Düzdür, bəzən vətəndaşlara məxsus ərazilərdə də bu işləri görürük. Onlara deyirik ki, yaşıllaşdırma işlərini görüb gedəcəyik, amma sizin ağacları kəsmək ixtiyarınız yoxdur. Nəzərə alın ki, boz torpaqdır, onun yaşıllaşdırılmasına ehtiyac var".

Nazir vurğulayıb ki, Azərbaycanda yaşıllıqlar yüksək səviyyədə qorunur: "Ağaclar o dərəcə qorunur ki, vətəndaşlar hansısa ərazidə tikintiyə mane olmaq üçün ağac əkirlər. Yəni, onlar bilirlər ki, ağac kəsənlər cəzalandırılır".

H.Bağırov qeyd edib ki, vətəndaşlar da ağacları qorumalıdırlar: "Elə insanlar var ki, ağacları məhv edir. Siqaretin kötüyünü söndürməmiş yaşıllığa atırlar, bunun nəticəsində də yanğın baş verir. Nazirlik bütün qarşısını almağa çalışır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar