İstanbul aeroportundakı terrorda ölənlərin sayı 44 nəfərə çatıb

İstanbulda Atatürk Hava Limanında baş verən partlayışda ölənlərin sayı artır.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Qeyd edək ki, az öncə Türkiyənin daxili işlər naziri Əfqan Ala Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirmişdi ki, terror aktı nəticəsində 43 nəfər ölüb, 94 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 9-u Türkiyə vətəndaşı olmaqla, 13 nəfər saxlanılıb.

Xatırladaq ki, iyunun 28-də aeroportda törədilən partlayış törədilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar