Daha bir xəstə həkim əlində öldü - 81 yaşlı cərrah deputatın əmisidir

 İyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüm hadisəsi baş verib

Nazirlik isə əlinin əsməsindən dolayı xəstənin damarını kəsən həkimi tərifləyir 

 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da irinli, daşqınlı, öd kisəsinin çürüməsi diaqnozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 3 uşaq anası əməliyyatdan sonra dünyasını dəyişib.

Ailə üzvləri Lumu Veyisovanın ölümündə cərrah Cəfər Quliyevi günahlandırır. Onlar, 81 yaşlı həkimin əməliyyat zamanı əlinin əsməsindən dolayı xəstənin damarını kəsdiyini deyib. Yaxınları xəstənin bu səbəbdən də öldüyünü iddia edirlər.

Maraqlıdır, 81 yaşlı cərrah pensiya yaşı çoxdan tamamlanmasına baxmayaraq dövlət xəstəxanasında necə çalışır?

2015-06-01-17-48-59sehiyye-nazirliyi-640Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Cəfər Quliyev professional cərrahdır:

“O, “Şöhrət” ordeni almış həkimdir. Əgər şəxsin orden və medalları varsa, istənilən yaşda işləmək imkanları var. Cəfər Quliyev mütəxəssis kimi onun işinə söz ola bilməz”.

S.Əhmədova deyib ki, C.Quliyevin 81 yaşında hələ də işləməsi kadr çatışmazlığından irəli gəlmir:

“O, tanınmış cərrahdır, uzun illər Tibb Universitetində dərs deyib, təcrübi baxımdan professionaldır. Onu işini bilməməkdə, yaxud düzgün icra etməməkdə ittiham əsassızdır”.

Ferec QuliyevQeyd edək ki, Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.

Adı xəstənin ölümündə hallanan 81 yaşlı həkim Cəfər Quliyevin qardaşı oğlu, deputat Fərəc Quliyev hadisə ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, əmisi Cəfər Quliyev uzun illərdir peşəkar həkim fəaliyyəti ilə məşğul olur. Millət vəkili əmisinin ölümdə ittiham edilməsinə münasibət bildirərək qeyd edib ki, ömürü insana Allah verir, həkim isə yardımçı olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar