Bakı-Lənkəran sərnişin avtobusu qəzaya düşüb: Ölən var - FOTOLAR (YENİLƏNİB)

Qəza nəticəsində ağır xəsarət alan 1 nəfər - "VAZ-21011” markalı avtomobilin sürücüsü F.Məmmədov Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

* * *

Bakı - Lənkəran sərnişin avtobusu qəzaya düşüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “Vaz-21011” markalı avtomobili ilə toqquşub. Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“VAZ-21011” markalı avtomobil isə deformasiyaya uğrayıb, sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

[gallery columns="4" size="full" ids="230445,230446,230447,230448,230449,230450,230451,230452"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar