Üçəmlərdən sonuncusu da dünyasını dəyişdi

Salyan rayonunda doğulan üçəmlərdən sonuncusu Bakıda dünyasını dəyişib.

Bu barədə "Report"un Aran bürosunun müxbirinə ölən körpələrin doğmaları məlumat veriblər.

Yaxınlarının bildirdiyinə görə, hazırda Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunda ölən körpənin meyiti Salyana gətirilir.

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Həmçinin oxuyun: Salyanda xəstəxananın işıqları kəsildi – Yeni doğulan iki körpə öldü - VİDEO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar