AVRO-2016-da bürünc medal verilməyəcək

İki dəst medal hazırlanıb - qızıl və gümüş

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən Avropa çempionatının yarımfinalında məğlub olmuş komandalara bürünc medallar təqdim etməyəcək.

"Report"un verdiyi məlumata görə, bu barədə TASS agentliyi UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

"İki dəst medal hazırlanıb - qızıl və gümüş. Hər dəstə 40 medal daxildir. Hazırkı çempionatın nəticələrinə görə, bürünc medallar təqdim edilməyəcək", - UEFA-nın mətbuat xidmətindən bildiriblər.

İsveçrənin "Faude & Huguenin" şirkəti tərəfindən hazırlanan medalların çəkisi 150 qram, diametri 6 sm-dir.

Cümə axşamı Avropa çempionatının 1/4 final mərhələsi başlanır. Marseldə Polşa və Portuqaliya yığmaları qarşılaşacaq.

Final qarşılaşma iyulun 10-da Sen-Denidə keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar