Rusiya Azərbaycana əlavə 3-5 milyard kubmetr qaz nəql edə bilər

qazprom“Qazprom” Azərbaycana qaz nəqlini artıra bilər.

“APA-Economics”in RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

A. Millerin sözlərinə görə, qiymətdə razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək. Onun sözlərinə görə, əlavə nəql olunacaq qazın həcmi 3-5 mlrd. kubmetr ola bilər.

“İndi tərəflər qaz nəqlinin 3-5 mlrd. kubmetr artırılmasında maraqlıdır”, - deyə A.Miller bildirib.

A. Miller əlavə edib ki, müqaviləyə əsasən, “Qazprom” ötən ilə Azərbaycana 2 mlrd. kubmetr qaz nəql etməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar