Zirəddin Rzayev NTV telekanalını məhkəməyə verdi

Ekstrasens telekanaldan tələb etdiyi 5 milyon rubl pulu isə uşaqlar evinə verməyi planlaşdırır.

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev NTV telekanalını məhkəməyə verib.ANS TV-nin məlumatına görə, o, telekanaldan 5 milyon rubl tələb edir.

Buna səbəb kanalın ekstrasensin işgüzar reputasiyasına zərbə vurması olub. Beləki NTV telekanalı ÇP proqramında şarlatanlar və tele ekstrasenslər mövzusu üzərində hazırladığı sujetdə Zirrədin Rzayevin görüntülərindən istifadə edib.

Məsələ ilə bağlı Zirrədin Zrayevlə əlaqə saxladıqda bizə bildiridiki hazırda bununla bağlı mıəhkəmə işi gedir və onların yayımladığı efir ekspertiza olunub.

"Mənə deyə bilmirlər ki, sən şarlatansan sən dələduzsan. Bu sözü ifadə edə bilmirlər. Artıq bu o deməkdirki mən qalib gəldim. Bunlar rəsmən məhkəmə qarşsında mənə dələduz deyə bilmədilər . Əksinə məni tərifləyir ki, biz onun haqqında heç bir mənfi fikir söyləməmişik . Ama mən bunlarla axıra qədər gedəcəm. Lazım gələrsə Ali Məhkəməyə və lazım gələrsə Rusiya Prezidenti cənab Vladimir Putinə qədər mən müraciət edib, bu işin axırına çıxacam" - deyə ekstrasens bildirib.

Zirıəddin Rzayevin sözlərinə görə məsələ ilə bağlı növbəti məhkəmə avqust ayında keçiriləcək. Ekstrasens telekanaldan tələb etdiyi 5 milyon rubl pulu isə uşaqlar evinə verməyi planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar