"Bir ana kimi fəryadıma səs verin, bizə kömək edin!" - Müraciət

Mingəçevir şəhər sakini Əliyeva Təbəssüm Mübariz qızı tərəfindən Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və səhiyyə naziri cənab Oqtay Şirəliyevə məktub ünvanlanıb. Bir nüxsəsi "AzPolitika.info" ya göndərilən həmin məktubu dərc edirik.

"Əzizimiz Mehriban ana, cənab Prezidentimiz, hörmətli Nazirimiz!

İnanın ki, Sizə balasından ötəri gecə-gündüz göz yaşı tökən bir ana kimi yazıram bu məktubu. Son ümidimiz sizsiniz.

2013- cü il təvəllüdlü övladım Əliyev Nuran Sənan oğlu 4- cü dərəcəli eşitmə azlığından əziyyət çəkir. Bu problem oğlumun altı aylığında həkimlərin müayinəsi nəticəsində aşkarlanıb. Bir neçə tibb müəssiəsində, Bakı şəhərində fəaliyyət göstərən “Lor Hospital”, “Audiomed”, “MTN- nin Hərbi Hospitalı” və sair xəstəxanalarda müayinə olunub və onun kar olması müəyyən olunub. Bu xəstəliyin əməliyyatla, “Koxlear İmplant” yolu ilə sağalması mövcuddur. Əməliyyatın qiyməti isə 30000 manat civarındadır və imkansızlığımız ucbatından uşağı əməliyyat etdirə bilmirik.

2015- ci ilin sentyabr ayında “LOR HOSPİTAL”- da Heydər Əliyev Fondunun dəstəyi ilə belə uşaqlar əməliyyatlar olurdu və bizim övladımız da “ Lor Hospital” da qeydiyyata alınmış, müxtəlif tibbi analizlər olunmuş və əməliyyat üçün növbəyə yazılmışdır. Laki, bizə verilən bildirişə görə oktyabr ayında əməliyyat olunası övladımızın, Fonddan maliyyə ayrılmasının dayandırıldığı üçün əməliyyatı təxirə salınmışdır.

Həmçinin A.F.Qarayev adına 2 saylı uşaq klinikasında övladımı “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”- sında qeydiyyata alınmış və implant olunması üçün növbəyə götürülmüşdür. Lakin növbənin gec çatması uşağın yaşının ötməsi əməliyyatın uğursuz olmasına gətirib çıxara bilər.

Nəticədə övladımızın yaşının keçməsi və vaxtında əməliyyat olunmaması, həkimlərin dediyinə görə gələcəkdə olunacaq əməliyyatın uğursuz olunacağına şərait yaradır.

Hörmətli Mehriban anamız, cənab Prezidentimiz, cənab Nazirimiz ! Xahiş edirəm bir ana kimi fəryadıma səs verin, bizə kömək edin.

Uşaqlar bizim gələcəyimizdir və gələcəyin əsgərinin lal- kar olması vətən üçün də ağır itkidir. Nuran balamızın sizin dəstəyiniz ilə əməliyyat olub sağlamlığına qovuşmasına ehtiyacı var.

Sizdən xahiş edirəm mənə övladımın vətənimiz üçün layiqli oğul, gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün faydalı vətəndaş olması üçün köməklik göstərəsiniz. Ümidimiz Sizsiniz.

Hörmətlə: Təbəssüm Mübariz qızı Əliyeva

Tel : 024-275-28-33 /055-231-41-17/055-652-68-73

Ünvan : Mingəçevir şəh.,Şəfəq küç.,ev.19-A."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar