“Baku Steel Company”də partlayış - Yaralananlar var - SİYAHI (YENİLƏNİB)

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

* * *

“Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri əməliyyat olunub.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər yerləşdirilib.

Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əməliyyatdan sonra digər yaralı - 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib və vəziyyətləri normaldır.

* * *

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

“Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar