"Ramazan fitrəsini bizim ailəyə verin" - Gözdən əlilin ailəsi aclıq çəkir 

Ucar rayonunun Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu xeyirxah insanlara kömək üçün müraciət edib. Onun "AzPolitika.info"ya göndərdiyi müraciəti dərc edirik:

Allahı sevən bütün vicdanlı insanlardan çox-çox xahiş edirəm, bizim ailəyə kömək edin. Ramazan fitrəsini bizim ailəyə verin ki,  aclıqdan məhv olmayaq.

Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşının hesabına gəzə bilirəm. Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq. Quru çörəyə belə həsrətik. Pensiya kartımı sələminə götürdüyüm pula görə, bir ildən çoxdur ki, girov qoymuşam.

3 yaşlı övladım İsmayılı ilan vurmuşdu. Onun ölməməsi üçün müalicəsi məqsədilə sələminə götürdüyüm pula görə, düz bir ildən çoxdur ki, pensiya kartım sələmiçidədir. Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım vardı. Övladımın biri- balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü.Evimizin dam örtüyü tam yararsız olduğundan yağış evin içərisinə yağdı və körpə uşağım tələf oldu.

Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür. Sizdən xahiş edirəm Ramazan fitrəsini bizim ailəyə verəsiniz.

Qarşıdan gələn müqəddəs Ramazan bayramınız mübarək olsun. Allah oruc namazınızı qəbul etsin.  .Ömürümüz boyu sizə minnətdar olarıq. Allah sizi qorusun.

Əlaqə telefonumuz; 051 808-14-47

Yardım etmək istəyənlər üçün:

Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi

Kod; 805807

Vöen; 9900001881

Swift kodu: İ B A Z A Z 2x

Müştəri: Qədirov Rafiq İsrayıl oğlu

Müxbir hesabı: AZ 03NABZ01350100000000002944"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar