«Rusiya-Türkiyə münasibətlərinin yumşalmasını alqışlamaq lazımdır» - Ştaynmayer

Frank-Valter-ŞtaynmayerAzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasını alqışladığını deyib.

Almaniyalı nazir bu bəyanatı Ermnistan xarici işlər naziri Edvard Nalbandyanla görüşünün sonunda səsləndirib.

«Biz, gərginliklərin və münaqişələrin qoyduğu izləri daşıyan dünyada yaşayırıq. Biz, müvafiq problemlərin həlli yollarını tapmağa çalışırıq...» - deyə, nazir qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar gərginliyin yumşalmasına və münaqişələrin həllinə gətirib çıxaracaq: «Bu kontekstdə, Rusiya ilə Türkiyə arasındakı gərgin vəziyyətin yumşalmasını və yaxşılaşmasını alqışlamaq lazımdır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar