SOCAR Türkiyə və Koreya banklarından iri kredit cəlb edib

SOCAR bu il ərzində Türkiyə və Koreyanın "Eximbank"larından (Export-İmport və ya İdxal-İxrac bankları) kredit cəlb edib.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2016-cı ilin mart və may aylarında SOCAR Türkiyəyə məxsus "Eximbank"dan müvafiq olaraq 48 mln. manat və ya 30 mln. dollar, eləcə də 93 mln. manat və ya 62 mln. dollar məbləğində yeni kreditlər alıb.

Bundan başqa, bu ilin yanvarın 22-də dövlət şirkəti Koreyaya məxsus "Eximbank"dan 122 mln. manat və ya 70 mln. avro məbləğində yeni kredit alıb.

Bununla da, SOCAR Türkiyə və Koreya banklarından ümumilikdə 92 mln. dollar və ya 70 mln. avro məbləğində kredit cəlb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar