Həccə gedənlərə elektron qolbaq veriləcək

Mideast Saudi Arabia HajjSəudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.

Bu barədə BBC radiosu məlumat yayıb.

Elektron qolbaqda sahibinin şəxsi və tibbi informasiyası olacaq. Bu, ehtiyac yaranacağı təqdirdə zəvvarlara təcili köməyin göstərilməsi üçündür. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara yerlərini müəyyən etməyə kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərdə 1000-dən çox kamera quraşdırılıb.

Ölkə hökuməti keçən il Məkkədə basabas nəticəsində 750-dən çox zəvvarın həyatını itirdiyi və 900-dən çox insanın yaralandığı faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində bu cür addımlar atıb.

Bu il Həcc ziyarəti sentyabr ayında başlayacaq.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. /anspress.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar