«Yaroslav Mudrıy» ilə yeni insident! - ABŞ HDQ xəbər verir...

Xarici KİV-in məlumatına görə, ABŞ Hərbi-dəniz qüvvələri (HDQ) təsdiqləyir ki, cümə axşamı - iyunun 30-da Aralıq dənizində Rusiyaya məxsus «Yaroslav Mudrıy» keşikçi gəmisi ilə yeni insident baş verib. HDQ nümayəndələrinin raportuna istinadla, bu barədə məlumatı «Defense News» nəşri yayıb.

Nəşrin məlumatına görə, Rusiya gəmisi ABŞ-ın «San-Casinto» raket kreyserinə 140 metr məsafəyə qədər yaxınlaşıb. Kreyser, «Duayt Eyzenhauer» aviadaşıyıcısını müşaiyət edən qrupa daxildir. «Yaroslav Mudrıy»nın bu hərəkəti «təhlükəli və qeyri-professional» kimi xarakteizə olunub.

Qeyd edilir ki, ABŞ gəmisinin ekipajı «Yaroslav Mudrıy»nın göyərtəsində 10 ekipaj üzvünü və örtükdən («çexol») çıxarılmış silah sistemlərini qeydə alıb. Silahların yanında adam olmayıb.

«TASS» Agentliyinin məlumatına görə, Rusiya gəmisi ABŞ kreyserinə yaxınlaşdıqdan sonra 2,7 kilometr boyunca onunla «kilvatyor» (hərəkət edən gəminin suda yaratdığı «hiddət») vəziyyətində üzüb və «kursumu kəsmə» siqnalı verib. Gəminin belə davranışı amierikalı hərbçilər tərəfindən «dənizdə beynəlxalq qaydalara uyğun olmayan davranış» kimi qiymətləndirilib.

Pentaqonun raportunda xəbər verilir ki, Rusiya gəmisinin «hərəkəti» («manyovr») «San-Casinto» üçün heç bir təhlükə törətməyib. Rusiya gəmisinin bundan sonrakı davranışı «adi, təhlükəsiz və professional» kimi dəyərləndirilib.

Bundan əvvəl - iyunun 30-da Rusiya müdafiə nazirliyində «Yaroslav Mudrıy» gəmisi ilə Aralıq dənizində baş vermiş əvvəlki insidenti şərh ediblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar