İsrail TANAP-a qoşula bilər

İsrail öz qazını Avropaya ixrac etmək üçün Transanadolu boru kəmərinə qoşula bilər.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsrailin energetika naziri Yuval Steynits deyib.

Onun sözlərinə görə, İsrailin böyük qaz ehtiyatları var, bu göstərici 2,5 trilyon kubmetrə çata bilər: "Düşünürük ki, İsrail qazının Türkiyə vasitəsilə nəqli 2019-cu ildən başlaya bilər".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Türkiyənin qərb sərhdələrinədək nəqlini nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar