Qəzada həyatını itirən Rus pilotun ailəsindən Türkiyəyə -  "Bu axmaqlıqdır"

24 Noyabrda Türk ordusu tərəfindən vurulan Rus döyüş təyyarəsinin pilotu Oleq Peskovun ailəsi, Türkiyədən təzminat almağı qəbul etməyəcəklərini bildiriblər

"AzPolitika" bildirir ki, Türkiyə Prezidentinin rəsmisi İbrahim Qalın, Peskovun ailəsindən bir tələb gəlməsi vəziyyətində təzminat mövzusunu qiymətləndirməyə hazır olduqlarını bildirmişdi.  Türkiyə rəsmisinin bu açıqlamasında sonra, qəzada həyatını itirən Rus pilotun ailəsi də məsələyə münasibət bildirib.

Oleq Peskovun böyük qardaşı Pavel Peskov, "govorit Moskva" radiosunda qatıldığı verilişdə Qalına cavab verib. "Bu axmaqlıqdır, ailəmizdən heç kimin Türkiyədən təzminat tələb etmək fikri yoxdur. Biz indi təzminatmı tələb edəcəyik? Ağılımızdan belə keçmədi" deyən Pavel Peskov, Ankaranın təzminat mülahizəsi halında belə, bunu qəbul etməyəcəklərini vurğulayıb.

Xatırladaq ki, bu hadisə Türkiyə və Rusiya dövlətləri arasında böyük problemlərin yaranmasına səbəb olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar