“Britaniyanın Aİ-dən çıxmaq qərarı ləğv edilə bilməz” - Fransa prezidenti

“Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı ləğv edilə və yaxud təxirə salına bilməz”.

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland Böyük Britaniya baş naziri Devid Kemeronla görüşdən sonra bəyan edib.

“Avropa İttifaqının öz üstünlükləri var. Fikrimcə, britaniyalılar artıq bunu anlamağa başlayırlar. Lakin qərar qəbul olunub, onu nə ləğv etmək, nə də təxirə salmaq olar. İndi bunun bəhrəsini görməyin vaxtıdır”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar