Baş redaktor həbs olunub? - Ailəsindən açıqlama

Jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib.

Jurnalistin həyat yoldaşının Bolgexeber.com-a verdiyi məlumata görə, iyunun 30-u, günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq Fikrət Fərəməzoğluna məxsus Notebook-u götürərək evdən çıxıblar.

Jurnalistin həyat yoldaşı həmin şəxslərdən bunun səbəbini soruşanda, onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər. Lakin həmin şəxslər jurnalistin həbs olunma səbəbi və harada saxlandığı haqda heç nə deməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar