"İŞİD ÖZ DƏSTƏKÇİSİNƏ NİYƏ HÜCUM ETDİ?" - Hizbullah liderindən şok açıqlamalar

Nəsrullah: Türkiyə İŞİD-i mümkün olan hər yolla dəstəkləyərkən, o, hansı səbəbdən Türkiyəyə hücum etdi?

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah, Qüds Günüylə bağlı çıxışında İstanbul Atatürk Hava Lımanında baş verən terror aktı haqda danışıb. Hizbullah lideri dünən reallaşdırılması planlanan Qüds Günü yürüşünü təhlükəsizlik səbəbi ilə ləğv etdiklərini açıqlamış, bunun yerinə televiziyada danışacağını bildirmişdi.

Teleçıxışında müxtəlif məsələlərə toxunan Nəsrullah, İstanbul Atatürk Hava Lımanındakı terror barədə danışarkən, "Türkiyə İŞİD-i mümkün olan hər yolla dəstəkləyərkən, İŞİD hansı səbəbdən Türkiyəyə hücum etdi?" deyə, sual edib.

isid.20141128144024

Nəsrullah, məntiqli olanın İŞİD-in Türkiyəyə hücum etməməsi olduğunu, ancaq təşkilatın ideologiyasına əsaslanaraq bu cür hücumlar etmək məcburiyyətində qaldığını açıqlayıb.

Nəsrullah, "Bu İŞİD-in ideologiyasıdır, Əl Nusra və Əl Qaidənin ideologiyası ilə eyni və bunların hamısı Səudiyyə Ərəbistanındakı vəhabilikdən irəli gəlir. Əgər bizim apardığımız döyüşlər olmasaydı, Livanda hər gün 8 intihar bombaçısı olardı və vəziyyət çox daha pis vəziyyətə gələrdi" deyə açıqlama verib. Hizbullah lideri, İŞİD-in Livandakı Əl Kaada bölgəsində həyata keçirdiyi hücumun hədəfinin də,oradakı xristian əhali olduğunu, ancaq Livan xalqını qorumaq üçün əllərindən gələni edəcəklərini də dilə gətirib.

4722a3d1d48017d063894343831c34a5

Xatırladaq ki, İstanbul Atatürk Hava Limanında İŞİD tərəfindən törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 239 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar