Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb - 2 nəfər ölüb

Polis hadisənin başvermə səbəbini araşdırır

Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb.

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir.

Polis qəzanın başvermə səbəblərini araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar