ABŞ-ı GÜC TƏTBİQİ İLƏ HƏDƏLƏMƏ - Si Çzinpin-Putin danışıqları nə vəd edir?

“Bu görüşlər xarici siyasətdə güc tətbiqinə eqoistcəsinə bəraət qazandırmaq cəhdidir”

Bu yaxınlarda Pekində Çin rəhbəri Si Çzinpin və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar olub. Həmin danışıqlardan iki gün öncə isə, Rusiya Federasiyası və Çin liderləri Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində görüşmüşdülər. Maraqlıdır ki, üç gün ərzində Putin ilə Si Çzinpin müxtəlif yerlərdə iki dəfə görüş keçiriblər.

- Birlik nümayişi və ABŞ-a qarşı müqavimət

Krımın ilhaqından sonra Rusiya Qərbin iqtisadi sanksiyaları altındadır. Beynəlxalq ictimaiyyət Çini Cənubi Çin dənizindəki problemə görə qınayır. Yüksək səviyyədə keçirilmiş iki görüşün məqsədi, birlik nümayiş etdirmək və Rusiya ilə Çinə olan beynəlxalq təzyiqin təşəbbüskarı ABŞ-a qarşı dayanmaqdır. Görüş zamanı Si Çzinpin deyib: ”Beynəlxalq münaqişələr və regional çəkişmələr kimi problemlər, sülh danışıqlarının köməyi ilə siyasi yollarla həll edilir”.

Bu iki dövlət başçısının görüşündən sonra dərc olunmuş müştərək bəyannamədə Cənubi Çin dənizində hərəkətin sərbəstliyi siyasətini yürüdən ABŞ-a eyham vurularaq, bildirilib: “Çin və Rusiya kənar qüvvələrin Şimal-Şərqi Asiyada öz hərbi güclərini artırmasına qarşı cıxır”.

Göründüyü kimi, gücün köməyi ilə status-kvonun dəyişməsinə bəraət qazandırılıması cəhdi, eqoizmin təzahürüdür. Lakin beynəlxalq ictimaiyyət bu tərz bəyanatları qəbul etməyəcək.

ABŞ-ın müdaxiləsinin qarşısını almağa çalışan Rusiya və Çinin səsləndirdikləri birgə bəyanatda deyilir: ”Biz, Şimalı Koreyanın nüvə və raket proqramı bəhanəsi ilə bağlı olaraq, ABŞ-ın Şimal-Şərqi Asiyada “THAAD” (Terminal High Altitude Area Defense) Raket Əleyhinə Müdafiə sistemləri yerləşdirməsi ilə razı deyilik”.

“THAAD” sistemi 40-150 kilometr yüksəklikdə uçan raketləri vurmaq qabiliyyətinə malikdir. Yəni bu sistem Şimali Koreya raketlərinə qarşı effektlidir. Hal-hazırda Cənubi Koreya və ABŞ, bu sistemlərin birincinin ərazisində yerləşdirilməsi məsələsini müzakirə edirlər.

Əgər Çin və Rusiya öz maraqlarından çıxış edərək, bu plana qarşı gələrlərsə, onda Yaponiya və Cənubi Koreya, Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) önünü kəsəcək gücü böyüdə bilməyəcək.

Digər tərəfdən isə, Çin lideri Böyük Britaniyanın Avropa Birliyindən çixması ilə əlaqədar yarana biləcək iqtisadi xaosla bağlı deyib: ”Biz, dünya iqtisadiyyatının inkişafı zamanı meydana çıxan çətinliklərə qarşı birlikdə reaksiya verməliyik”.

Bununla da Si Çzinpin iqtisadi sferada Rusiya –Çin əməkdaşlığının möhkəmləndirilməsi niyyətini bəyan edib.

Ancaq bütün bunlara baxmayaraq, ölkələr arasındakı əməkdaşlıqda durğunluq müşahidə olunur. 2015-ci ildə Çinlə Rusiya arasındakı mal mübadiləsinin ümumi həcmi 68 milyard dollar təşkil etmişdi ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 28% azdır. Belə görünür ki, Çin, neftin qiymətinin düşməsi və iqtisadi sanksiyalar üzündən çətinliklər yaşayan Rusiya ilə əməkdaşlığında özünü ehtiyatlı aparmaq məcburiyyətindədir.

Həmçinin, Rusiya da öz növbəsində iqtisadi gücü artan Çinin sərtləşən diplomatiyasından daha çox ehtiyatlanır. Həmin görüşlərin gedişi zamanı tərəflərin münasibətlərində “bal ayı” nümayiş etdirməsinə baxmayaraq, ikitərəfli əlaqələri heç də ürəkaçan saymaq olmaz.

Müştərək bəyanatda belə bir fraza yer alır: ”Çin və Rusiya İkinci Dünya Müharibəsində qalib gəliblər. Biz, qələbənin nəticələrini diqqətlə qoruyuruq və müharibə tarixinin təhrif edilməsinə və ya onun inkar olunmasına qarşıyıq. Biz, faşizm və militarizm cinayətlərini inkar edən fəaliyyətləri tənqid edirik”.

Buradan göründüyü kimi, onların əsas məqsədi tarixi problemlə əlaqədar, Yaponiyaya təzyiq göstərməkdir.

- Yaponiya əks-arqumentlər təqdim etməlidir

Amma hər halda müharibəsiz 70 il müddətində Yaponiya sülhü qoruyub. Müharibədən sonrakı qayda-qanunları məhz Rusiya və Çin dağıdır. Yaponiyanın öz arqumentlərini ortya qoyması çox vacibdir.

Çin və Rusiya regional böyük dövlətlər olduqlarını anlayırlar. Bu iki dövlət başa düşməlidir ki, əgər onlar beynəlxalq ictimaiyyət ilə qarşılıqlı əməkdaşlığa başlamazlarsa, onda onların təcrid edilməsi yalnız güclənəcək.

(“Sekai Nippo” - Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar