AVRO-2016: Almaniya yarımfinala yüksəldi - VİDEO

avro2016Qarşılaşma Bordo şəhərində baş tutub

"AzPolitika" xəbər verir ki, Fransanın Bordo şəhərində Avropa çempionatının ¼ final oyunu çərçivəsində növbəti qarşılaşma keçirilib.

Oyunun birinci hissəsi əsasən Almaniyanın üstünlüyü şəraitində keçib. Hər iki komanda rəqib qapısı qarşısında bir neçə qol epizodu yarada bilib. Lakin bu bir nəticə verməyib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Almaniya Türk əsilli futbolçusu Məsut Özilin qolu ilə hesabda irəli çıxıb. Lakin matçın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən hesabı bərabərləşdirib - 1-1. Oyunun əsas vaxtı və uzatma dəqiqələri də 1-1 başa çatdığından qalibi penalti zərbələri müəyyən edib. Penalti zərbələrində isə qalib 6-5 hesabı ilə Almaniya millisi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar