“Bu həbs daha çox girov götürməyə oxşayır”

Dİni Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi AXCP sədrinin oğlunun həbsilə bağlı bəyanat verdi

Dİni Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin həbsi ilə bağlı bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Böyük təəssüf hissi ilə Əli Kərimlinin oğlunun 25 sutka müddətinə, digər 2 gənc fəalın 30 sutka müddətinə həbs edilməsi barədə məlumat aldıq. Hesab edirik ki, bu həbs qərəzli mahiyyət daşıyır. Belə ki, hətta rəsmi məlumatlarda göstərilən əsaslar da gənclərə qarşı həbs edilmək kimi ağır tədbirin həyata keçirilməsi üçün qətiyyən kifayət etmir. Hətta hipotetik olaraq, ehtimal versək ki, gənclər digər namizədlərin təşviqat materiallarını cırıblar, onlar buna görə xəbərdarlıq edilə, yaxud ən nəhayəti - cərimə edilə bilərdilər. Amma uzunmüddətli inzibati həbs yaşanan olayın arxasında siyasi motivlərin durduğunu göstərir. Bununla yanaşı qeyd etməliyik ki, həbsin seçkiöncəsi zaman kəsiyində həyata keçirilməsi məsələnin qərəzli olmasını bir daha sübut edir. Belə ki, müxalifətin əsas fiqurlarından olan bir şəxsin ailə üzvünün seçkidən öncə həbs edilməsi və yalnız seçkisonrası proseslər bitdikdən sonra buraxılması - bu həbsi daha çox girov götürməyə oxşadır. Biz DEVAMM olaraq, sözügedən həbslərə etiraz edir, əlaqədar qurumlara Türkel Kərimlinin və digər 2 gənc fəalın dərhal azadlığa buraxılması üçün çağırış edirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar