ÇİNLƏ BİRLİKDƏ QƏRBƏ QARŞI – Rusiya-Qərb qarşıdurması Pekinə nə vəd edir?-ANALİTİKA

İsveçrənin “Neue Zuercher Zeitung” qəzeti Rusiya ilə Qərb arasında yaranmış qarşıdurmadan bəhs edən “Çinlə birlikdə Qərbə qarşı” adlı analitik məqalə dərc edib. Müəllif məqalədə bu qarşıdurma fonunda Rusiya-Çin münasibətlərinə dair maraqlı təhlil verib. Azpolitika.info məqalənin tərcüməsini təqdim edir.

“Rusiyanın Uzaq Şərq hissəsinin Moskvaya orientasiya olunmasına heç bir əsaslı səbəb yoxdur. Çünki həmin diyar Moskvadan vədlərdən başqa heç nə almır. Belə vədlər hər dəfə regiona yüksək çinli məmurların gəlişi və Vladimir Putinin xalqla keçirdiyi illik televiziya görüşlərində eşidilir. V.Putinin göstərişı ilə Uzaq Şərqlə əlaqədar nazirlik də yaradıb. Bundan başqa 2012-ci ildə Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitini Vladivastok şəhərində keçirməklə Rusiya Şərqi Asiyadakı ambisiyalarını nümayiş etdirdi. Vladivastok və Xabarovsk sakinləri yaxşı həyat axtarışı ilə öz “kiçik” vətənlərini tərk etməyərək praqmatikcəsinə yaxın və möhtəşəm qonşuları olan Çinə doğru istiqamət alırlar. Beləki, Uzaq Şərqdəki rus vətəndaşlarına Soçi və Krım yarımadasındakı kurortlardansa Çinin Beyhaye, Hanayan çimərlikləri daha çox cəlbedici gəlir. Yalnız Uzaq Şərq Rusiyanın əsl Asiya dövləti olmadığına şahidlik edir.

ASİYA QARŞIDURMASI

Son dövrlər Rusiya rəhbərliyi qərbi təhdid edir ki, vəziyyətin daha çox gərginləşdiriləcəyi təqdirdə əməkdaşlıq vektorunu Şərqə tərəf çevirəcək. Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi böyük hesabla Çinin xeyrinə yarayır. Siyasi nöqteyi nəzərdən yanaşsaq, qərb dəyərlərinin qəbul edilməməsi konteksindən Çin və Rusiya istənilən qədər bir-birlərinə yaxındırlar. Bundan əlavə isə Moskva hesab edir ki, açıq formada olmasa da, Pekin Krımın Rusiyaya birləşdirilməsini müdafiə edir. Regionun bərbad infrastrukturunun inkişaf etdirilməsi yolunda çinlilərin Rusiyaya yardım göstərəcəklərinin təsəvvür olunması heç də əsassız deyil. Sərhədyanı rayonlarda və Mərkəzi Asiyada artıq xeyli çinli qastrobayter işləyir. Yerli bazarlar Çinin istehlak malları ilə doldurulub. Ancaq Rusiya inkişaf etmiş ölkə sayılmır və Çin müəssisələri köhnə sovet sənayesinin “mirasına”maraq göstərməkdən daha çox qərb şirkətləri ilə əməkdaşlıq etmək fikirindədir. Ona görə ki, onlardan çox şey öyrənə bilərlər. Başqa yandan isə neft və qazın nəqli üçün yeni kəmərlərə ehtiyac var. Bununla yanaşı hər iki tərəfi rus enerji resurslarının qiymət formulasına aid asan olmayan danışıqlar gözləyir. Deməli belə görünür ki, ”Şərqə doğru dönüş” illyuziyadan başqa heç nə deyil. Əlbətdə, yüz əsrlər boyunca ruslar Asiya təsirinə qarşı müqavimət göstəriblər. Tatar-monqol basqınları qəddarlığın və Rusiyanın yağmalanmasının təcəssümü olub. Çinlə qarşılıqlı mübarizə nəticəsində Sibir və Uzaq şərqin fəth olunması avropalaşma hesab edilib. Amurdakı uzunmüddətli “asiya soyuq müharibəsindən” sonrakı yeni yaxınlıq rusların çinlilərə olan inamsızlığını aradan qaldırmayıb. Əsasən də bu Uzaq Sibir vilayətlərinə aiddir. Az məskunlaşmış və geniş ərazi disbalansı arasında çinlilər yenə də ruslar üçün təhlükə mənbəyi olaraq qalır. Belə düşünmək olar ki, hətta qatı millətçi ruslar Çinlə deyil, avropalılarla yaxınlaşmağı daha üstün tutarlar. Ancaq sadəcə olaraq hələlik Avropa ilə yaxınlaşmaq münasib deyil.

Xarici siyasət baxımından Rus-Çın alyansının uzunmüddətli perespektivi mümkün sayılmır. Ola bilər ki, Putinin Qərbə qarşı dikbaşlıq nümayış etdirməsi hansı səviyyədəsə Çinin xeyrinə olan məsələdir. Lakin çinlilər prinsipial baxımdan Putinin hərəkətlərini müdafiə edə bilməzlər. Çinlilər rusları özlərinə bərabər partnyor kimi qəbul etmirlər.Qərbin güya ki, Moskvanı lazımınca qiymətləndirməməsi məsələsinə Çin dövlət kütləvi informasiya vasitələri kinayə ilə yanaşırlar. İqtisadi potensialının güclü olması səbəbindən Çin böyük masştablı dünya siyasətində özünü ABŞ-la müqayisə edir. Öz növbəsində isə Rusiya Asiyada Çinin “kiçik partnyoru” rolunu oynamağa qətiyyən razılıq verməz. Əgər Moskva Orta Asiya respublikalarına oradakı rusdilli əhalini “müdafiə” etmək məqsədi ilə qoşun yeritməyə qərar verərsə, onda bu hərəkət birbaşa Çinin təhlükəsizlik maraqlarına toxunmaq demək olacaq.

Əvvəl Sankt-Peterburqdan, sonra isə Moskvadan, çarlar, baş katiblər və prezidentlər həmişə Asiya tərəfə boylanıblar. Amma Asiya heç zaman hərtərəfli şəkildə Avropanı əvəz edə bilməyib və bundan sonrada etməyəcək.”

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar