Rusiya-NATO görüşü iyulun 13-də Brüsseldə keçiriləcək

Yens-StoltenberqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya-NATO Şurasının yeni iclası iyulun 13-də Brüsseldə keçiriləcək. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq dünən bəyan edib. Bəyanat alyansın rəsmi saytında dərc olunub.

«Görüş iyulun 13-də NATO-nun Brüsseldəki mənzil-qəraragahında - Varşava sammitindən dərhal sonra - baş tutacaq» - deyə, xəbər verilir.

«Bizim disskusiya Ukrayna böhranına və bu ölkə ətrafında baş verənlərə fokuslanacaq. Eyni zamanda, Minsk razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyi məsələsinə də yer ayrılacaq. Biz, həm də hərbi fəallığa diqqət yetirəcəyik və bu zaman transparentlik və risklərin aşağı salınması məsələlərinə xüsusi diqqət ayıracağıq. Bundan başqa, Əfqanıstan ətrafında təhlükəsizliyin vəziyyəti də müzakirə olunacaq»-deyə, baş katib anonslayıb.

«Rusiya-NATO Şurası gərginliyin aşağı salınması və qeyri-müəyyənliyi azaltmaq üçün dialoq və məlumat mübadiləsi «meydançası» olaraq mühüm əhəmiyyət kəsb edir. Bizim Rusiya ilə praktik əməkdaşlığımız dayandırılıb, amma biz, siyasi dialoq üçün kanalların açıq saxlanması barədə razılığa gəlmişik»-deyə, Stoltenberq əlavə edib.

NATO 2014-cü ilin aprelindən - Krımın ilhaqından dərhal sonra - Rusiya ilə bütün praktik əməkdaşlığı dondurub. Bununla barəbər, «siyasi dialoq kanallarını açıq saxlamaq» barədə qərar qəbul olunub.

NATO-Rusiya Şurasının növbəti iclası münasibətlərin dondurulmasından sonrakı mərhələdə sayca 3-cü olacaq. Şuranın birinci iclası 02 iyun 2014-cü ildə, ikinci iclası isə bu ilin aprelində keçirilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar