Əlikram Hümmətov Ermənistana gedib

O, daha sonra Dağlıq Qarabağa səfər edəcək

1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümmətov Ermənistana səfərə gedib. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Ə. Hümmətovun səfərində məqsəd İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak etməkdir.

Ə. Hümmətovun Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi, daha sonra Dağlıq Qarabağa gedərək “Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar