ERMƏNİSTANDAKI SİLAHLI QİYAMIN SİRRİ! - Bir polkovnik öldürüldü +FOTOLAR -VİDEO

Apreldəki 4 günlük müharibədə hərbi uğursuzluqdan sonra Ermənistanda daxili ictimai-siyasi vəziyyət artan xətlə gərginləşməkdə davam edir. Bu da təbiidir, proseslərin bu yöndə inkişaf edəcəyi barədə müstəqil ekspertlər proqnoz vermişdilər. 

Məsələ də ondadır ki, müharibə faktoru üzərində Ermənistanda hakimiyyəti ələ keçirmiş “Qarabağ klanı”, onun odioz üzvü, prezident Serj Sərkisyan günün birində elə bu amilə görə hakimiyyətdən gedə biləcəyini artıq hiss etməyə başlayıb.

Öz hakimiyyətinə artıq daxildən real təhlükə hiss edən Serj Sərkisyan gözləndildiyi kimi, aprel rüsvayçılığından sonra ölkədə özünə qarşı təhlükə kəsb edən bütün ünvanları susdurmağa, yeni həbslərə və orduda kadr dəyişikliklərinə start verib. Hakimiyyət hərisliyi onu hətta dünənədək qatı siyasi rəqib saydığı keçmiş prezident Levon Ter-Petrosyanın ayağına aparmışdı.

 Lakin Sərkisyan rejiminin durumunu daha da qəlizləşdirən vazkeçilməz bir amil var. Bu da rəsmi İrəvanın Qarabağ məsələsində vaxtı yetişən real addımların atılması ilə bağlıdır - hansı addımlardan ki, o, dəhşətli şəkildə çəkinir, çünki bununla hakimiyyətinin süqutunun tezləşəcəyini  yaxşı bilir.

İstənilən halda Azərbaycan əsgərinin şücaəti sayəsində Ermənistanın ziyanına dəyişən və “Qarabağ klanı”nın ənənəvi təbliğat silahını kəsərsiz hala gətirən status-kvo Ermənistan prezidentini təcili preventiv addımlar atmağa sövq edir. Neçə aydır ölkədə siyasi opponentlərə qarşı aparılan “əcinnə ovu”nun, hədə-şantajın, həbslərin, yaradılan xof atmosferinin arxasındakı əsas hədəf də budur.

Ancaq çətin ki, bu üsul-vasitələr 18 ildir (1998) xalqı yalan vədlərlə yemləyən “Qarabağ klanı”nı, Köçəryan-Sərkisyan rejimini xilas edə bilsin. İş ondadır ki, hakim rejimdən narazılıq təkcə iflas olan Qarabağ strategiyasına görə deyil, həm də ölkədə sosial-iqtisadi durumun, korrupsiya-rüşvətin heç vaxt olmadığı qədər acınacaqlı səviyyəyə çatmasına, Ermənistandan miqrasiya axınının ifrat şəkil almasına, təbəqələşmənin dərinləşməsinə görədir...

Artıq qonşu ölkədən silahlı qiyam, çevriliş cəhdləri haqda məlumatlar gəlməkdədir. Belə ki, dünən səhərdən Ermənistan KİV-lərində və sosial şəbəkələrdə paytaxt İrəvanda silahlı üsyan haqqında informasiyalar yayılmağa başlayıb. Musavat.com-un məlumatına görə, bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini iddia edib.

 Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs ötən gün səhər Ermənistan polisinin komendant alayı ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri girov götürüblər. O cümlədən, Polis İdarəsinin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüblər.

Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqda informasiyalar yayılmaqda davam edib. Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.

Rəsmi açıqlamada hücum edənlərin müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb etdiyi deyilir. Lakin Ermənistanın rəsmi dairələrindən verilən bəyanatların əksinə olaraq, qiyamçıların əsas tələbinin prezident Serj Sərkisyanın istefası olduğu deyilir. Bunu hadisə haqqında ilk məlumat yayan “Müəssisələr  Parlamenti”nin vitse-prezidenti Varujan Avetisyan keçirdiyi xüsusi mətbuat konfransında bəyan edib. O, “silahlı üsyanın başlandığını”, bir sıra polis məntəqələrinin ələ keçirildiyini də söyləyib. Sayı 25-ə yaxın olduğu deyilən silahlılar Serj Sərkisyanın istefasını tələb ediblər.

Daha sonra daxil olan xəbərlərə görə, Daxili Qoşunların və polis binasının ələ keçirilməsi zamanı bir nəfər - polis polkovniki Artur Vanoyan ölüb, daha bir neçə polis zabiti və əməkdaşı yaralanıb. Az sonra bəlli olub ki, binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun hissələri, zirehli texnika göndərilib. Polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Rayonun polis idarəsinin yaxınlığında əhali evakuasiya edilib. Polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.

c3

Qəzet çapa gedərkən qiyamçılarla güc strukturu nümayəndələri arasında binanın boşaldılması və girovların azad edilməsi ilə bağlı danışıqlar davam edirdi. Məlumatlara görə, silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar. Həbslər həmçinin, İrəvanın digər rayonlarında, Gümrü, Kirovakan və digər şəhərlərdə aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub (Virualaz.org). Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb. Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sərkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

Beləcə, Ermənistanda Sərkisyan rejiminə qarşı mübarizədə artıq ilk qanlar tökülüb, ölənlər var, kütləvi həbslər başlayıb. Bütün bunlar isə heç şübhəsiz, bataqlıq effekti üzrə öz xalqından çoxdan ayrı düşmüş hakim qüvvənin süqutunu daha da tezləşdirəcək. Hər halda, tarixin acı təcrübəsi var(musavat.com).      

___________________

Girovlar arasında polis general mayoru da var.

Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində öldürülən polis əməkdaşı polkovnik Artur Vanoyandır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, podpolkovnik Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan isə güllə yarası alıblar.

***

"Silahlı şəxslər Yerevanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır"

"Report" xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.

"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.

Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.

Yerevanın Erebuni rayonunda silahlılar tərəfindən ələ keçirilən polis binasına yaxınlaşan vətəndaşlar həbs olunurlar.Erməni KİV-i xəbər verir ki, həbslər həmçinin Yerevanın digər rayonlarında, Gümri, Kirovakan və digər şəhərlərdə də aparılır. Bir sıra siyasi fəallar və müxalif qüvvələrin tərəfdarları tutulub.Gümridə “Asparez” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Levon Barseqyan, Kirovakanda isə “Yeni Ermənistan” təşkilatının üzvü Asmik Evoyan atası ilə birgə saxlanılıb.

Hakim partiyanın deputatı Levon Martirosyan bildirib ki, ölkə prezidenti Serj Sarkisyan terrorçulara güzəştə getməyəcək və istefa verməyəcək.

*****

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.

Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.

Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

***

Ermənistanda bu gün baş verən silahlı hadisələr haqqında yeni informasiyalar daxil olmaqda davam edir.Musavat.com-un məlumatına görə, polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Jurnalistlərə çəkiliş aparmağa imkan verilmir.

Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Aşot Aqranyan ermənicə Azadlıq radiosuna xüsusi bəyanat veriləcəyini demişdi.

Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb. Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat verib və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.

Bundan əvvəl Feysbook da “Müəssislər Parlamenti” üzvü Varuyan Avetisyan yazıb ki, “Sasnadzerer” təşkilatı silahlı üsyana başlayıb və bir sıra polis məntəqələrini ələ keçirib.

O cümlədən, Polis İdarəsənin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüb.

Son məlumata görə, Erebuni rayonunda polis idarəsinin yaxınlığında bütün əhalini evakuasiya edirlər.

Hazırda polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.

Hadisə yerinə ağır zirehli texnika gətirlib.

Bütün bunlar böyük əməliyyatın başlanğıcından xəbər verir.

****

 

Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb.  
Musavat.com-un məlumatına görə, bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.

Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs bu gün səhər  Ermənistan polisinin komendant polku ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri həbs ediblər.

Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqqında informasiyalar yayılmaqda davam edir.

Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib.

c1

Bir qrup silahlı şəxs tərəfindən İrəvanda Daxili Qoşunlar və polis binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb.

Trend-n İnterfaks agentliyinə istinadən verdiyi xəbər görə, xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

c2

Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisini Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.

Trend-n İnterfaks agentliyinə istinadən xəbər görə, hadisə yerinə əlavə qoşun göndərilib.

c3

c4

c5

059

Yerevanda bir qrup silahlı şəxs polis binasını ələ keçirib

Bir qrup silahlı şəxsin Ermənistanın paytaxtı Yerevan yaxınlığındakı Erebuni rayonunda polis binasına hücumu zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hələlik xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

İlkin məlumatlara görə, hücum edənlər polis rəisinin müavini Valeri Osipyanı girov götürüblər.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

Qeyd edək ki, Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın tərəfdarlarıdır. Onlar J. Sefilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

***

Yerevanda bir qrup silahlı şəxs polis bölməsinin binasını ələ keçirib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Erebuni rayonunda baş verib.

Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə qoşun göndərilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar