1970-Cİ İLLƏRİN GERİDÖNÜŞÜ! – “Hərbçilər, yenidənmi Türkiyəni idarə edəcəklər?”

Rusiyanın ən yaxşı türkoloqlardan sayılan Pavel Şlıkov, hələ bu ilin yazında Prezident Ərdoğanın hərbçilərlə münasibətlərində yaxınlaşmalar və ziddiyyətlər barəsində maraqlı fikirlər irəli sürüb. 15 iyul hadisələrindən sonra Moskva Karnegi Mərkəzi (Carnegie Moscow Center) onun baş verəcək hadisələrin öncəgörməsi təsiri bağışlayan analizini dərc edib. “AzPolitika” aktuallığını nəzərə alaraq, Pavel Slıkovun analizinin tərcüməsini təqdim edir.

***

Hərbçilərin həmişə siyasətə aktiv şəkildə müdaxilə etməsi, Türkiyəni fərqləndirən xüsusiyyətlərindən biridir. Ordunu əvvəlki təsir imkanlarından məhrum etmək üçün Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu dövr ərzində çox şey edib. İtirilmiş mövqelərin geri qaytarılması üçün, Türkiyə hərbi elitasının əlinə bir neçə imkan düşmüşdü. Buna Türkiyənin sərhəd perimetri üzrə vəziyyətin kəskin gərginləşməsi və cənub-şərqi əyalətlərdə faktiki olaraq kürdlərlə aparıan vətəndaş müharibəsinin başlanması da səbəb ola bilərdi.

- Üst-üstə yığıla biləcək çevriliş imkanları...

Türk generalları mülkü siyasətçiləri ənənəvi olaraq, üç səbəbə görə hakimiyyətdən sıxışdırırdılar:

1. Kəskin daxili siyasi böhran hakimiyyət institutunu iflic edəndə;

2. Xarici təhlükə meydana gələndə;

3. Nəhayət, kürd problemi hədsiz gərginləşəndə.

Bu gün hər üç səbəb Türkiyədə üzdədir. Buna ölkədəki KİV-lərin əhval-ruhiyyəsini, xarici və daxili siyasətin militarlaşmasını və həmçinin də təhlükəsizlik problemlərinə qarşı ictimai marağın kəskin artmasını da əlavə etmək mümkündür. Bütün bunların hamısı hərbçilərin təsirinin yüksəlməsinə gətirib çıxarır.

Son ayların hadisələri təsdiq edir ki, hərbi elitanın səsi yaxın perspektivdə Türkiyə siyasətində daha ucadan eşidiləcək. 2015-ci ilin yayında PKK-ya qarşı şərq cəbhəsi açmaqla, Ərdoğan, nəinki parlamentdə kürd HDP partiyasının peyda olmasının qarşısını alırdı, eyni zamanda da kürd məsələsinin həllində öz mövqeyini hərbçilərə güzəştə gedirdi.

Hərbçilərlə yaranmış faktiki koalisiya vəziyyəti – Ərdoğanın siyasi məğlubiyyətinin əlaməti idi. Çünki Ərdoğan daima özünü, hərbi-mülkü münasibətlərdə kardinal dəyişiklik edə biləcək, siyasi sferanı generalların müdaxiləsindən təmizləyəcək və həmçinin də kürd probleminin güc tətbiq olunmayan həlli modelini həyata keçirəcək siyasətçi mövqeyindən göstərirdi. Ordu ilə barışığa getməklə, Ərdoğan, özünü əbədi siyasi rəqibləri olan hərbi elitadan asılı vəziyyətə salırdı.

Bu asılılıq real şəkildə hakimiyyətin bölünməsini həyata keçirir. PKK-ya qarşı hərbi əməliyyatların başlamasından bir ay sonra Ərdoğan əyalətlərdəki hərbi komandanlığa fövqəladə səlahiyyətlərin verilməsi barəsində xüsusi fərman imzalayır. Formal olaraq, hərbi fəaliyyətlər hökumətlə razılaşdırılmış şəkildə aparılsa da, ancaq vəziyyət başqa cür yön alır. Yəni, bu, əvvələr möhkəm qorunan mövqelərin əldən verilməsi deməkdir. Çünki Ərdoğandan fərqli olaraq, Türkiyə baş qərargahı, kürdlərlə dialoq cəhdini həmişə gərginliklə qarşılayıb.

Lakin Ərdoğan hökumətinin 2000-ci illərin ortasından hərbi elitaya qarşı kütləvi hücuma keçməsi ona gətirib çıxardı ki, artıq 2010-cu illərin başında hərbi elita, demək olar ki, tamamilə ruhi sarsıntı vəziyyətinə düşdü. Artıq nə prezidentdən, nə də ki, hökumətdən generallara qulaq asmaq tələb olunmurdu.

2013-cü ildə Gəzi parkı ətrafındakı etirazlar və anti-hökumət mitinqlər dalğası zamanı, bütün Türkiyə üzrə Ərdoğan və onun keçmiş müttəfiqi Fətullah Gülən arasındakı açıq münaqişə fonunda, vəziyyət birdən-birə diametral şəkildə dəyişdi. Tarixi baxımdan ictimai inamın böyük potensialını qazanmış ordu və hərbi elita, bir institut olaraq hökumətə müttəfiq kimi lazım olmağa başladı. Çox tezliklə, bir saatın içində Gülən hərəkatını, zabitlərin təqib olunmasının günahkar və səbəbkarı elan etdilər, həmin bu müsəlman ruhanisi isə, Ərdoğan tərəfindən milli silahlı qüvvələrə qarşı qəsddə ittiham olundu.

2014-cü ildə hakimiyyət – generallardan, tanınmış ictimai xadimlərdən, siyasətçilərdən ibarət görkəmli fiqurların olduğu çox səs-küylü bir işə yenidən baxılmasını təşkil etdi. İstambulun Silivri həbsxanasının ən yüksək vəzifəli məhbusu və Türkiyə silahlı qüvvələrinin keçmiş qərargah rəisi İlker Başbuq və onun ardından isə yüzlərlə zabit azadlığa buraxıldı. Çox tələsik şəkildə bütün cinayət işlərinə xitam verildi və ya da yenidən istintaqa göndərildi.

2014-cü ilin yayında, o zaman baş qərargaha rəhbərlik edən general Necdət Özəl ilk dəfə olaraq, açıq şəkildə PKK ilə barışıq münasibətinə qarşı neqativ münasibətini bildirdi. Ordunu loyal icraçı səviyyəsinə gətirmək üçün Ərdoğan tərəfindən yüksək hərbi iyerarxik posta irəli çəkilən Özəl, adət olunmuş “qırmızı xətt”, ”millətin bütövlüyü” və sairə kimi bəlağətlərdən hökumətə qarşı istifadəyə başladı. Türkiyə, sanki 1990 və ya hətta 1970- ci illərə qayıdırdı.

- Libasların dəyişdirilməsi

Amma doğurdanmı hərbi elita sürətlə siyasətə qayıtmağa can atır? Bir tərəfdən bu hadisə real olmaqdan daha çox xeyli mücərrəd görünür.

Ərdoğanın ordunu siyasi proseslərdən aktiv şəkildə sıxışdırmağı bacarmasına baxmayaraq, hər halda silahlı qüvvələr cəmiyyətdəki təsirini itriməyib. Ordu, əvvəlki kimi ən nüfuzlu dövlət institutudur.

Bundan başqa Türkiyə ətrafında artan gərginlik (Yaxın Şərqdə, Cənubi Qafqazda, Balkanlarda) hərbi və mülkü bürokratiyanın sıx şəkildə fəaliyyət göstərməsini vacib edir. Ancaq Qərb ölkələri üçün hərbi və mülkü elitanın inteqrasıyası tam təbii olduğu halda, bu Türkiyədə tamamilə ayrı cür başa düşülməlidir.

Burada hərbi və mülkü münasibətlərin qarşılıqlı xarakteri, hərbi elitanın 1970-ci və ya 1990-cı illərdəki kimi siyasətə qayıtması şəklində yozulur.

Yaxın keçmiş ilə analogiya aparmağa məcbur edən digər bir şərait isə, kürd məsələsi və İrak, Suriya istiqamətindəki riskli təşəbbüslər fonunda hərbi çevriliş gözləntilərinin artmasıdır. Belə bir təhlükə haqqında Türkiyə və Qərb KİV-ləri çoxdandır ki, yazırlar.

Nəzəri baxımdan bu cür çevrilişlər o zaman baş verməlidir ki, kürdlərlə qarşıdurma formatı vətəndaş müharibəsinə dönüşsün.

Abdulla Gülün prezident seçilməsi ərəfəsində - 2007-ci ildə kamalçılarla islamçılar arasındakı gərginlik, gözlənilən çevrilişin baş verməsi təhlükəsini artırmışdı. Bütün ölkə üzrə respublikanın müdafiəsi və Atatürk irsinin qorunması ilə bağlı milyonluq mitinqlər keçirilirdi. Lakin hərbi elitanın qətiyyətsizliyi, hazırlıqsızlığı və onlara verilə biləcək ictimai dəstək səviyyəsinin kifayət səviyyədə olmayacağı düşüncəsi, hərbi çevriliş barəsindəki proqnozları doğrultmadı.

- Hərbçilərin ehtiyatlı davranışları

Yaranmış şəraitə uyğun olaraq, meydana gəlmiş ordu və hökumət koalisiyasında Ərdoğanın idealizm və siyasi avantürizmi, hərbçilərin praqmatik realizmi ilə toqquşur. Məhz ordu rəhbərliyinin realizmi 2015-ci ilin yazında Suriyaya müdaxilə edilməsinin qarşını alan başlıca amil olmuşdu.

Rusiya üçün Türkiyə hərbi elitasının güclənməsi ssenarisini birmənalı olaraq, nə nə neqativ, nə də ki pozitiv adlandırmaq olar. Lakin Türkiyənin hərbi elitası özünün şimal qonşusuna ilk növbədə təhlükə mənbəyi, sonra isə potensial tərəfdaş kimi baxaraq, ona qarşı həmişə skeptik yanaşıb. Bu məntiq Türkiyə NATO-nun çinah ölkəsi olduğu dövrdən miras qalıb və nə 1990-cı, nə də ki, 2000-ci illərdə yaddan çıxmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar