HAKİMİYYƏTDƏKİ KLANLARIN YENİ HƏDƏFİ – Hərbi Dəniz Qüvvələri kimin olacaq? – İç savaş

“Naxçıvan klanı”nın HDQ komandanı vəzifəsinə namizədi kimdir?

Hakimiyyət daxilindəki qüdrətli klanlar arasında yeni bir mübarizə başlayıb. Azpolitika.info-ya hökumətə yaxın mənbələrdən verilən məlumata görə, bu mübarizə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) hazırda boş olan komandanı vəzifəsini ələ keçirmək uğrundadır. Bir neçə qruplaşma bu postu nəzarəti altına keçirmək üçün səfərbər olunmuş vəziyyətdədir. Bizə verilən məlumata görə, təxminən 1 aydır boşalan bu posta yeni təyinatın yubanması da bu mübarizə ilə bağlıdır.

Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb. Lakin cəmi 20 gün sonra – martın 31-də Yunus Məmmədov ordudan tərxis olunub. Müdafiə nazirinin əmri ilə Y. Məmmədov təqaüdə göndərilib. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin edilib.

Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.

Onu da xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. Buna görə HDQ-nın komandanı Şahin Sultanov vəzifəsindən azad olunmuşdu.

Hakimiyyətdəki qüdrətli qruplaşmaların HDQ uğrunda mübarizəyə başlaması isə təsadüfi deyil. Bu qoşun növünə nəzarət edən faktiki olaraq, “Xəzərin ağası” hesab olunur...

Bizə verilən məlumatda isə bildirilir ki, HDQ uğrunda mübarizədə də qələbəyə yaxın tərəf “Naxçıvan klanı”dır. Klan bu posta ordudan kənardakı elə bir generalın namizədliyini dəstəkləyir ki, əgər istəyinə nail olarsa, bu təyinat son illərin ən böyük sensasiyalarından sayılacaq.

HDQ uğrunda çəkişmənin yaxın vaxtlarda başa çatacağı gözlənilir.

Rasim ƏLİYEV

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar