QİYAMÇI GENERALLARI BELƏ "SINDIRDILAR" -VİDEO

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində həbs edilən 103 general və admiralın görüntüləri yayılıb. AzVision.az xəbər verir ki, həbs edilən şəxslər qrup şəklində gətirilərək media nümayəndlərinə nümayiş etdiriliblər. Onların arasında Hərbi Hava Qüvvətlərinin ordu generalı Akın Öztürk də var.

Saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib.

Qeyd edək ki, onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozan təşəbbüs, zorakılıq və şiddət istifadə edərək, Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.

Görüntülərdən belə məlum olur ki, 200-dən çox insanın öldürülməsi əmrini verən, sonradan həbs olunan xuntaçı generalların əksəriyyəti işgəncə və alçaldıcı rəftara məruz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar