Fuat Avni həbs olunub? - Yeni "tweet"lər + FOTO

Türkiyə mətbuatının yazdığına görə, ölkənin qalmaqallı "Twitter" istifadəçisi Fuat Avninin kim olduğu məlum olub.

"AzPolitika" Türkiyə  KİV-inə istinadən xəbər verir ki, "Fuat Avni"nin Baş Nazirliyin ikinci binasında çalışan və İnformasiya qrupunun ən önəmli şəxslərindən biri olan Məlumat Toplama Mərkəzinin İstihbarat Şefi Akif Mustafa Koçyiğit olduğu dəqiqləşdirilib. Səhərə yaxın keçirilən əməliyyatda saxlanılan Mustafa Koçyiğit istintaqa cəlb olunub.

Fuat Avninin (Akif Mustafa Koçyiğitin) 9 kompüter mühəndisi ilə birlikdə topladığı bütün məlumatları ölkə xaricinə göndərdiyi və digər ölkələrdən sosial media (Twitter) vasitəsilə yaydığı ortaya çıxıb.

[caption id="attachment_236220" align="aligncenter" width="630"]

"Twitter"də Fuat Avni adından istifadə edən Mustafa Koçyiğit[/caption]

"Fuat Avni"nin Baş Nazirlik binasında işləyən və kəşfiyyatın başında olan şəxsin (Akif Mustafa Koçyiğitin) olması dövlət içində şok effekti yaradıb. Bu hadisə ilə bağlı kəşfiyyat idarə başçılarının da saxlanıldığı gələn məlumatlar arasındadır.

* * *

"AzPolitika" xəbər verir ki, bir neçə saat əvvəl ifşa olunaraq həbs edildiyi deyilən Türkiyənin ən qalmaqallı "Twitter" isitfadəçisi "Fuat Avni" yenidən "tweet" yazaraq həbs olunan şəxsin o olmadığını bildirib:

tur6u

tyr

Bəzi ehtimallara görə Fətullah Gülənə bağlı olduğu deyilən "Fuat Avni" hesabı bir qrup şəxs tərəfindən idarə olunur. İndiyə qədər bir neçə dəfə bu hesabı idarə edənlərin həbs olunduğu haqda məlumatlar yayılsa da hesabdan yayılan yeni "tweet"lərlə təkzib olunub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar