MERKEL ƏRDOĞANA XƏBƏRDARLIQ EDİB – “Qiyamçılarla hüquqi dövlət kimi davranın!”

Türkiyədə hərbi çevrilişə cəhddən sonra, Merkel çox xoşagəlməz vəziyyətə düşüb. Dünya liderlərinin hər hansı birindən fərqli olaraq, o, öz siyasi taleyini böyük ölçüdə Rəcəb Tayyib Ərdoğanla bağlayıb.

Almaniya kansleri çox böyük dözümlə və pul kisəsinin ağzını açmaqla, Ərdoğanla müqavilə bağlamaq üçün özəl diplomatiyayla məşğul olub. Ölkələr arasında aparılan danışıqlara görə, Türkiyə, qaçqınlar axınına və sığınacaq istəyənlərə nəzarət edəcəyi öhdəliyini öz üzərinə götürüb. Lakin bu işlər pulsuz görülmür.

- Təzyiq azalıb

Ümumiyyətlə isə, bu razılaşmadan sonra qaçqınları qəbul edən ölkələr rahat nəfəs ala bildilər. Bunu Norveçdən tutmuş, hər yerdə görmək mümkündür. Təkcə keçən il Almaniyaya bir milyondan çox miqrant gəlib. İlk əvvəl bu gələnlərin yaxşı və xoş qarşılanması milli “iməcliyə” dönmüşdü. Bunun ardınca isə, müqavimət və narazılıq dalğası başladı.

Yalnız indi xaricilərə qarşı kəskin şəkildə narazı yanaşan sağ populist “Almaniya üçün alternativ” (Alternative für Deutschland) partiyasına olan ictimai dəstək aşağı düşməyə başlayıb. Lakin buna baxmayaraq, ictimai rəyin öyrənilməsi göstərir ki, onların populyarlığı haradasa 10%-ə yaxındır.

- Heç kim kömək etməyəcək

Merkel tərəfindən aparılan qaçqınlarla bağlı açıq siyasət, Avropa Birliyinin digər üzv ölkələrinin də, tədricən bu işdə yardımçı ola biləcəklərinə ümiddən irəli gəlib. Bunun əvəzinə isə üzv ölkələr bir-birinin ardınca sərhədlərini qaçqınların üzünə bağlamaq qərarı aldılar.

Qaçqınlar yükünün bölüşdürülməsi həmrəyliyi kvotası işıq üzü görmədi. Avropa əməkdaşlığı əvvəlki kimi böhran keçirir. Hələ üstəlik “Brexit” də güclənib.

- Daha pisindən qurtula bildilər

Avropada baş verən bütün bu hadisələrdən sonra, Ərdoğanın hakimiyyətdən salınmasına cəhd oldu. Avropa Birliyi ən əvvəl sevinməlidir ki, Türkiyədəki sərt hərbi rejimlə hər hansı bir iş görməli olmayacaqlar. Hər halda prezident Ərdoğan xalq tərəfindən seçilib, amma o aydın şəkildə avtoritar ənənələr nümayiş etdirir. Çevriliş cəhdindən sonrakı davranışları göstərir ki, Türkiyə prezidenti güman edir ki, indi onun əl-qolu açılıb.

- Hüquqi dövlətə hörmət qoyulması rica olunur

Merkelin reaksiyası artan narahatçılıqdan xəbər verir. Başqaları kimi Merkel də Türkiyədəki demokratik institutların müdafiəsinə qalxır, lakin o bu istiqamətdə sərt leksikası ilə seçilir.

Anqela Merkel deyib: ”Bu faciədir, çevrilişə cəhd çoxsaylı insan tələfatı ilə nəticələnib, Türkiyədə qan tökülməsi dərhal dayandırılmalıdır”.

Merkel qeyd edib ki, küçələrdəki tanklar və öz xalqının bombalanması qanun pozuntusudur. Kansler həmçinin Ərdoğandan xahiş edib ki, qiyamçılara qarşı hüquqi dövlətin tələb etdiyi müvafiq prinsiplərlə yanaşılmalıdır.

- Sərt vasitələrdən istifadə edilir

Merkelin sözləri Türkiyə hakimiyyətinin hakimləri istefaya göndərdiyi, kütləvi həbslər həyata keçirdiyi və yenidən edam cəzasını tətbiq edəcəklərini elan etdikləri zaman səslənirdi. Qiyamçıları terrorist adlandırırlar. Deyirlər ki, Merkel Ərdoğanın qulaq asdığı çox az siyasətçilərdən biridir.

Çevrilişə cəhd zamanı belə bir şayiə gəzirdi ki, prezident qaçıb və Almaniyadan sığınacaq xahiş edir. Bu iddia doğru çıxmasa da, ancaq məntiqdən uzaq da deyildi. Çünki hər iki ölkəni çox şey birləşdirir və türk mənşəlilər Almaniyada ən böyük etnik azlıqdır.

- Almaniya nümunə kimi

Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Almaniyaya heyranlıqla baxırdı və bu ölkəni öz ölkəsi üçün nümunə hesab edirdi.

Bəlkə də Merkelin əlində avtoritar Türkiyənin Avropa ailəsinə girməsinin qarşısını ala biləcək, hansısa “silahı” var. Lakin bunun Ərdoğanda böyük təsir oyadacağına əminlik yoxdur. Problem ondadır ki, avropalılar öz qətiyyətsizlikləri üzündən Türkiyədən asılı hala düşüblər.

(“Aftenposten” - Norveç)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar