Yerevanda küçə döyüşləri başladı - CANLI YAYIM

Yerevanda etiraz aksiyası iştirakçıları ilə polis arasında toqquşmalar başlayıb. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, polis mitinq iştirakçılarına qarşı səs və tüstü qumbaralarından istifadə edir. Küçələrdə atışma səsləri eşidilir, hazırda suvuran maçınların və xüsusi vasitələrin köməyi ilə mitinq dağöıdılmaqdadır.

Asfalt üzərində qan izləri var, ola bilsin ki, nümayişçilərin dağıdılması məqsədilə polis odlu silahdan istifadə edib.

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, eyni zamanda binanın yaxınlığında 200 etirazçı aksiya keçirir.

 Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar